Azərbaycan tankçıları dördüncü yerə çıxdı - FOTOLAR | Eurasia Diary - ednews.net

17 Sentyabr, Çərşənbə axşamı


Azərbaycan tankçıları dördüncü yerə çıxdı - FOTOLAR

Cəmiyyət A- A A+

Moskva şəhərində səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 17-də Alabino poliqonunda təşkil edilən “Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarının son günündə “Tank biatlonu” müsabiqəsinin final mərhələsinə çıxmış komandaların mübarizəsini izləyib və qalib gəlmiş hərbi qulluqçuların mükafatlandırılmasında iştirak edib.

Eurasia Diary xəbər verir ki, Müdafiə naziri rusiyalı həmkarı, ordu generalı Sergey Şoyqu ilə birgə poliqonda təşkil olunan “Dostluq evi”nə  gəliblər.
Burada onlar iştirakçı dövlətlərin mədəniyyət nümunələri nümayiş etdirilən sərginin Azərbaycana aid bölməsində ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri, məişətinə aid eksponatlarla yaxından tanış olublar.

“Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarının təntənəli bağlanış mərasimi bayram konserti ilə sona çatıb.

Hərbçilərin beynəlxalq yarışlarında Azərbaycan Ordusunun nümayəndələri “Dəniz kuboku”, “Tank biatlonu”, “Səhra mətbəxi”, “Hərbi-tibbi estafet”, “Snayper həddi” və “Artilleriya atəşinin ustaları” müsabiqələrində ölkəmizi yüksək səviyyədə təmsil ediblər.

Qeyd edək ki, müsabiqənin qalibi Rusiya komandası olub. Azərbaycan komandası isə “Tank biatlonu” müsabiqəsində 24 ölkə arasında 4-cü yeri tutub.

1

1

1

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...