Sabunçuda Rəsulzadənin adı küçədən götürülüb? - İcra nümayəndəsindən AÇIQLAMA | Eurasia Diary - ednews.net

16 Sentyabr, Bazar ertəsi


Sabunçuda Rəsulzadənin adı küçədən götürülüb? - İcra nümayəndəsindən AÇIQLAMA

Cəmiyyət A- A A+

Sosial şəbəkələrdə Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin adının Bakının Sabunçu rayonundakı küçədən götürüldüyü barədə məlumat yayılıb.

Məlumata görə, küçəyə uzun illər SSRİ Dövlət Plan Komitəsinə rəhbərlik etmiş bakılı Nikolay Baybakovun adı verilib.

Eurasia Diary xəbər verir ki, modern.az saytı məsələ ilə bağlı Sabunçu rayonu İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Rayon İcra Hakimiyyəti başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəsi Arif Osmanov saytımıza açıqlamasında yayılan məlumatlarla tanış olduqlarını, ancaq həqiqəti əks etdirmədiyini bildirib:


“Bakının Sabunçu rayonu ərazisində  perpendikulyar küçələr var. Həmin küçələrdən biri Məhəmməd Əmin Rəsulzadənin adını daşıyır. Rəsulzadənin adını daşıyan küçə hazırda da mövcuddur. Bizə də bir neçə vətəndaş  küçədən Rəsulzadənin adının götürülməsi ilə bağlı müraciət edib.  Məlumat üçün deyim ki, küçədən Rəsulzadənin adı götürülməyib”.

Qəsəbə nümayəndəsi Baybakovun adını daşıyan küçənin yeni olduğunu deyib:

“Bakının Sabunçu rayonu ərazisindəki küçələrdən birinə bu yaxınlarda  Nikolay Baybakovun adı verilib. Baybakovun adı verilən lövhəni Əmlak Məsələləri üzrə Dövlət Komitəsi gətirib küçəyə asıb. Hazırda həm Rəsulzadənin, həm də Baybakovun  adını daşıyan küçələr mövcuddur”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...