Nazir bu rayona polis rəisi təyin edildi. | Eurasia Diary - ednews.net

17 Sentyabr, Çərşənbə axşamı


Nazir bu rayona polis rəisi təyin edildi.

Cəmiyyət A- A A+

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov növbəti kadr dəyişikliyi həyata keçirib. 

Eurasia Diary “Qafqazinfo”a istinadla xəbər verir ki, nazirin əmriylə Gəncə şəhər Baş Polis idarəsinin əməliyyat üzrə rəis müavini, polis polkovniki Abdıyev Müqalib Göygöl Rayon Polis Şöbəsinin rəisi təyin olunub. Gəncə şəhər Baş Polis idarəsinin əməliyyat üzrə rəis müavini vəzifəsinə isə hələ ki, təyinat baş verməyib.

DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov təyinat haqda məlumatı “Qafqazinfo”ya təsdiqləyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...