Dağlıq Qarabağ münaqişəsinə dair kitabın müəllifi vəfat edib Algimantas Liekisin əziz xatirəsinə

Cəmiyyət 15:16 20.08.2019

Avqustun 13-də Litvanın məşhur tarixçisi və alimi Algimantas Liekis ağır xəstəlikdən 76 yaşında vəfat edib.

Eurasia Diary xəbər verir ki, Dağlıq Qarabağ münaqişəsinə dair kitab müəllifi olan, vicdanlı, çalışqan və məsuliyyətli A.Liekis həmişə həqiqəti ortaya çıxarmağa çalışırdı, kitablarında yalnız həqiqət hallarını göstərirdi.

Ermənistan-Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi Algimantas Liekisin xüsusi diqqətini çəkmişdi. Əksər hallarda təhrif olunmuş məlumatlara zərbə vuran litvalı tarixçi münaqişənin təfərrüatları ilə daha dərindən tanış olmağa və ermənilərin Azərbaycan xalqına qarşı təcavüzü barədə həqiqətləri çatdırmağa çalışırdı.

2016-cı ildə Litvada "Xalqların Qafqaza köçürülməsi: XX əsr" kitabının təqdimatı keçirilib. Müəllif iki əsr əvvəl ermənilərin Türkiyə və İrandan Azərbaycan ərazilərinə, həmçinin Cənubi Qafqaza köçürülməsini təsvir edib. Kitabda son yüz ildə erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdikləri terror aktları, etnik təmizləmə, qırğın, habelə Azərbaycan torpaqlarının işğalı faktları öz əksini tapıb.

"Xalqların Qafqaza köçürülməsi: XX əsr" Litvada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazılmış və elmi ictimaiyyətin marağına səbəb olan ilk kitabdır. Qeyd etmək lazımdır ki, kitab rus dilinə tərcümə edilib.

2016-cı ilin oktyabr ayında Algimantas Liekis və Litvanın "slaptai.lt" internet portalının redaktoru Gintaras Visotskas Bakıda keçirilən V Beynəlxalq Humanitar Forumda iştirak ediblər. Onlar Azərbaycanda olarkən, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisini ziyarət ediblər və BAMF-ın prezidenti Umud Mirzəyevdən müsahibə alıblar. Müsahibə zamanı Algimantas Liekis Umud Mirzəyevdən 80-ci illərin sonu və 90-cı illərin əvvəllərində baş vermiş dəhşətli hadisələrin şahidi kimi Qarabağ münaqişəsi haqqında danışmağı xahiş edib. Məlumat Litva dilinə tərcümə edilib və bir sıra mənbələrdə yayımlanıb.

Professor, elmlər doktoru Algimantas Liekis 43 monoqrafiyanın, 1400-dən çox məqalənin müəllifidir, eyni zamanda 79 kitabın müəllifi və ya həmmüəllifidir. A.Liekis "Litva Elmi" və "Litva xalqı" adlı yeddi elmi kitabın redaktorudur. Kitablarının əksəriyyəti Litva xalqının və dövlətinin tarixinə həsr edilib.

Nüfuzlu "Literatura-menas" jurnalında, "Karştas komentaras" həftəlik qəzetinin 8, 9 və 10-cu nömrələrində, habelə "slaptai.lt" internet portalında "Xalqların Qafqaza köçürülməsi: XX əsr" məqalələri dərc edilib.

A.Liekis əsl ədalət vətənpərvəri olaraq yaddaşımızda əbədi qalacaqdır.

Algimantas Liekisin yaxınlarına və dostlarına başsağlığı veririk.

Beynəlxalq Avrasiya Mətbuat Fondu

Qeyd: Azərbaycanın Gürcüstan və Moldovadakı keçmiş fövqəladə və səlahiyyətli səfiri, hüquq elmləri doktoru, professor Namiq Əliyev və Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəsmi nümayəndəsi Riçardas Lapaitis də parlaq bir alimin vəfatı ilə əlaqədar başsağlığı veriblər.

Tərcümə edən: Təbriz Abbasov

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
16:54 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı
16:44 25.04.2024
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
16:43 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:33 25.04.2024
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO
16:30 25.04.2024
İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB
16:26 25.04.2024
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib
16:18 25.04.2024
İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər
16:16 25.04.2024
Azərbaycanda problemli kreditlər 20% azalıb
16:04 25.04.2024
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
15:52 25.04.2024
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Bu tarixdə Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov AÇIQLAYIR - VİDEO
15:33 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
15:15 25.04.2024
Makron: "Avropanın ölmək riski var"
Makron: "Avropanın ölmək riski var"
15:10 25.04.2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
15:00 25.04.2024
Umud Mirzəyev Elmira Süleymanovanın vəfatı ilə bağlı başsağlığı verib
14:54 25.04.2024
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
14:48 25.04.2024
Malıbəylidə kütləvi məzarlıq AŞKARLANDI
14:45 25.04.2024
Səməd Seyidov: "Türk dünyası böyük bir fenomenə çevrilib"
14:40 25.04.2024
Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"
14:32 25.04.2024
Elmira Süleymanova vəfat etdi
14:14 25.04.2024
"Bu dünya iqtisadiyyatının sonu ola bilər..." – İngilis politoloqla Eksklüziv ŞƏRH
14:00 25.04.2024
Hamısı