"Azərbaycanda 125 deputatdan cəmi 25 və ya 30-nu üzdən tanıya bilərəm. O deputatları tanıyıram ki, Milli Məclisdə və komissiyalarda çıxış edirlər, siyasi və ictimai həyatda fəaldırlar, insanların problemlərinin həllində iştirak edirlər, ara-sıra açıqlama və müsahibələr verirlər. Başqa deputatları yolda görsəm tanımaram".
Eurasia Diary xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
"Yerdə qalan deputatlar özlərini qalmaqallarla – ya xarici ölkədə kazinoda pul uduzmalarıyla, ya da ki, vergi müffətişlərini döydürməklə tanıdırlar. Məsələn son qalmaqaldan sonra bildim ki, İqbal Məmmədov adında deputat var, indi onu yolda da görsəm tanıyaram. Deputat mandatı ona və onun kimilərə özlərini və bizneslərini qorumaq üçün lazımdır", - deyə politoloq əlavə edib.