Ali məktəblərə və kolleclərə əlavə qəbulun nəticələri - ELAN OLUNDU | Eurasia Diary - ednews.net

17 Sentyabr, Çərşənbə axşamı


Ali məktəblərə və kolleclərə əlavə qəbulun nəticələri - ELAN OLUNDU

Cəmiyyət A- A A+

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub.

Eurasia Diary bildirir ki, Dövlət İmtahan Mərkəzindən modern.az-a verilən məlumata görə, nəticələri SMS vasitəsilə öyrənmək istəyən abituriyentlər elektron ixtisas seçimi ərizələrində qeyd olunmuş kodu (sonuna “9” rəqəmi əlavə olunmuş iş nömrəsini) 7727 qısa nömrəsinə göndərməlidirlər.

Nəticələr yaxın vaxtlarda Dövlət İmtahan Mərkəzinin saytında da yerləşdiriləcək.

“Abituriyentlərə tövsiyə edirik ki, SMS-i bir dəfə göndərsinlər. Nəticələr elan olunmamış SMS göndərən abituriyentlərə də müsabiqə nəticələri barədə məlumat göndərilir”,- Mərkəz bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...