Azərbaycanda 42 dərəcə isti olacaq | Eurasia Diary - ednews.net

22 Sentyabr,


Azərbaycanda 42 dərəcə isti olacaq

Cəmiyyət A- A A+

Avqustun 21-də Azərbaycanın bəzi regionlarında 42 dərəcə isti olacaq. Sinoptiklər həftə rəzində isti hava şəraitinin davam edcəyini təxmin edir.

Eurasia Diary xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, avqustun 21-də Abşeron yarımadasında və Bakıda 38 dərəcəyədək isti olacaq.

Departament Bakıda və Abşeron yarımadasında zəif küləyin üstünlüyü fonunda gündüz saatlarında isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsiz olduğunu bildirir.

Avqustun 21-də Azərbaycanın rayonlarında 34-39, bəzi yerlərdə 42, dağlarda 25-30 dərəcə isti gözlənilir.

Azərbaycanın “Əmək Məcəllə”sinə əsasən temperatur 41 dərəcədən artıq olduğu halda açıq havada işlər dayandırlmalıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...