Azərbaycanda yeniyetmə valideynlər - Onların dəqiq sayı bilinmir | Eurasia Diary - ednews.net

17 Sentyabr, Çərşənbə axşamı


Azərbaycanda yeniyetmə valideynlər - Onların dəqiq sayı bilinmir

Cəmiyyət A- A A+

Yetkinlik yaşına çatmayan valideynlər uşaqlarla birgə yaşamaq və onların tərbiyəsi ilə məşğul olmaq hüququna malikdirlər.

Eurasia Diary xəbər verir ki, bu məsələ Ailə Məcəlləsinin 57-ci maddəsində öz əksini tapıb.

Amma Azərbaycanda yetkinlik yaşına çatmayan valideynlərin sayı ilə bağlı dəqiq məlumat yoxdur.

Azərbaycanda erkən nikahlarda ən yüksək hədd 2011-ci ildə qeydə alınıb. Həmin il 18 yaşadək qızlar arasında nikaha daxil olanların sayı 5138 olub. 2017-ci ildə isə erkən nikaha daxil olan qızların sayı 317 nəfər təşkil edib. Yəni altı il ərzində fərq 4821-ə enib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova Oxu.Az-a deyib ki, yeniyetmə valideynlərin dəqiq statistikası yoxdur.

A.Veysəlova qeyd edib ki, Ailə Məcəlləsinə əsasən, nikah yaşı üzrlü səbəblərdən bir yaş endirilə bilər, bu zaman isə həmin şəxs rəsmi qeydiyyata düşür:

"Ancaq yetkinlik yaşına çatmayan valideynlərin statistikası aparılmır. Onlar nikah yaşına çatanda qeydiyyata düşürlər".

Komitə nümayəndəsi deyib ki, hazırda 15-17 yaşlı yeniyetmə gəlinlər tərəfindən doğulan uşaqların sayında da ciddi azalma var. Belə ki, 2011-ci ildə 15-17 yaşlı gəlinlər tərəfindən 4392 uşaq doğulmuşdusa, 2018-ci ildə bu rəqəm 2421 olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...