Eurasia Diary xəbər verir ki, bunu deputat Fazil Mustafa Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin faciəli ölümü ilə bağlı danışarkən deyib.
"Rəşadın ölümü millətimiz üçün çox böyük itkidir... Millətimizin başı sağ olsun! Professor Qabil Hüseynliyə və bütün ailə üzvlərinə dərin hüznlə başsağlığı verirəm. Allah səbrinizi azaltmasın!", - deyə deputat bildirib.
Xatırladaq ki, iyulun 24-də gecə saatlarında təlim uçuşu zamanı Rəşad Atakişiyevin idarə etdiyi MİQ-29 qırıcı təyyarəsi naməlum səbəbdən Xəzərə düşüb və pilotun cəsədi 26 gün sonra dənizdən çıxarılıb. Sabah pilotumuzun dəfn mərasimi keçiriləcək.