Pilotun qayınatasından müxalifətə çağırış: - "Dəfn mərasiminə gəlməyin" | Eurasia Diary - ednews.net

17 Sentyabr, Çərşənbə axşamı


Pilotun qayınatasından müxalifətə çağırış: - "Dəfn mərasiminə gəlməyin"

Cəmiyyət A- A A+

"Müxtəlif siyasi partiya üzvlərindən və siyasi qruplardan sabah keçiriləcək vida mərasiminə qatılmamağı xahiş edirik".

Bu sözləri pilot R.Atakişiyevin qayınatası, politoloq Qabil Hüseynli deyib. O, R.Atakişiyevlə vida mərasimindən müxtəlif siyasi məqsədlər üçün istifadə etmək arzusunda olan şəxslərə müraciət ünvanlayıb:

"Ailəmiz çox çətin, ağır və kövrək bir dönəmdən keçir. Ailəmizin, hətta xalqımızın sevimlisi, rəşadətli pilotumuz Rəşad Atakişiyevi itirmişik. Mərhumun dəfni ilə bağlı həyata keçirilən vida mərasiminə dövlət öz dəstəyini göstərir. Müəyyən siyasi partiyaların və qrupların tədbirə qatılmaq və mərasim vasitəsilə siyasi divident əldə etmək istəkləri barədə məlumatlar əldə etmişik. Həmin şəxslərdən artıq dərəcədə xahiş edirik ki, sabah keçiriləcək vida mərasiminə qatılmasınlar. Rica edirəm ki, bu ağrılı günümüzdə bizi başa düşsünlər".(axar.az)

Xatırladaq ki, sabah MİQ-29 qırıcı təyyarəsində qəzaya uğrayaraq həlak olan Rəşad Atakişiyevin cəsədi bu gün Xəzərdən çıxarılıb. Sabah pilotumuzun dəfn mərasimi keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...