Azərbaycan Hərbi Hava Qüvvələrinin peşəkar pilotu polkovnik leytenant Rəşad Atakişiyevlə yaşadığı evdə vida mərasimi keçirilir.
Eurasia Diary xəbər verir ki, Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində keçirilən mərasimə hərbçilər, yerli icra qurumlarının nümayəndələri, mərhumun pilot dostları qatılıb.
Yaşadığı ünvandan götürülən Rəşad Atakişiyevin cənazəsi rəsmi vida mərasiminin keçirilməsi üçün Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinə aparılacaq.