Pilotla vida mərasiminə jurnalistlər buraxılmır | Eurasia Diary - ednews.net

22 Sentyabr,


Pilotla vida mərasiminə jurnalistlər buraxılmır

Cəmiyyət A- A A+
Polkovnik-leytenant Rəşad Atakişiyevlə vida mərasiminə jurnalistlər buraxılmır.
 
Eurasia Diary xəbər verir ki, saat 10:00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində (TTM) planlaşdırılan mərasimə gələn mətbuat işçiləri qapıda qalıb. 
 
Nəzarət məntəqəsində onlara bildirilib ki, jurnalistlərin tədbirdə iştiraklarına icazə yoxdur. 
 
Məsələ ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətindən açıqlama almaq mümkün olmayıb.
 
Xatırladaq ki, nəşi 27 gün sonra tapılan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyev bu gün II Fəxri Xiyabanda dəfn olunacaq.(maderator)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...