MİQ-29-un "qara qutu"su harada oxunacaq? - Ekspert deyir ki, Azərbaycanda belə bir şərait yoxdur | Eurasia Diary - ednews.net

17 Sentyabr, Çərşənbə axşamı


MİQ-29-un "qara qutu"su harada oxunacaq? - Ekspert deyir ki, Azərbaycanda belə bir şərait yoxdur

Cəmiyyət A- A A+

Xəbər verdiyimiz kimi, avqustun 19-da Müdafiə Nazirliyi Xəzər dənizi üzərində qəzaya uğramış Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinə məxsus MİQ-29 qırıcı təyyarənin "qara qutu"sunun aşkarlandığını bildirib.

Hazırda "qara qutu"nun Azərbaycanda oxunub-oxuna bilməycəyi müzakirə edilməkdədir.

Eurasia Diary-ə açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov “qara qutu”nun taleyi ilə bağlı fikirlərini bildirib.

"Deyirlər ki, “qara qutu”nu burada, hərbi hissədə açacaqlar, baxacaqlar. Azərbaycanda belə bir şərait yoxdur. Diletandlar, savadsızlar deyirlər ki, “qara qutu”nu oxumaq, şifrə etmək mümkündür. Mən o adamlara, 5-6 "qoyunlara" etibar etmərəm. MİQ-29 təyyarəsi Xəzər dənizinə düşərkən, deformasiyaya uğrayıb-uğramayıb, partlayış olub-olmayıb, bunu yalnız laboratoriya şəraitində öyrənmək lazımdır. Bu da 1-2 günün işi deyil. Günlərlə mütəxəssislər onun üzərində işləyirlər. Spesifik zərbə səsini, kənar cismin təsiri olub-olmadığını ekspert müəyyən edir. “Qara qutu”nu Moskvaya göndərmək olmaz. Təyyarəmiz dənizə düşən zaman Rusiya Xəzərdə hərbi təlimlər keçirirdi və bu adi təlim deyildi, ən müasir silahlara malik radioelektron mübarizə vasitələri ilə təlim keçirdilər. Mən öz versiyamı irəli sürdüm ki, bizim təyyarəmizi ruslar radiolektron vasitələrlə vurublar. Ona görə də, ən azından bunu nəzərə alıb “qara qutu”nun Türkiyədə, yaxud da Avropanın digər ölkəsində oxunmasına çalışmalı, nail olmalıyıq”, - deyə Ü.Cəfərov bildirib.

Vəfa VƏLİYEVA

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...