Valideynlər, əliniz cibinizdə olsun - məktəbli yarmarkalarındakı - QİYMƏTLƏR | Eurasia Diary - ednews.net

17 Sentyabr, Çərşənbə axşamı


Valideynlər, əliniz cibinizdə olsun - məktəbli yarmarkalarındakı - QİYMƏTLƏR

Cəmiyyət A- A A+

Düz 25 gündən sonra yeni tədris ili başlayır. Bu ərəfədə valideynlərin əsas işi uşaqları məktəbə hazırlamaqdır. Onları maraqlandıran sual isə dəyişmir: görəsən, bu il məktəbli ləvazimatları neçəyədir?

Oxu.Az-ın məlumatına görə, məktəbə hazırlıq zamanı, təbii ki, məktəbli formaları da almaq lazımdır.

Ötən həftə Bakı Tikiş Evinin satış şöbəsinin direktoru Etibar Əzimov qeyd edib ki, 1-6-cı siniflər üçün vahid məktəbli formaları 40 manata, 7-11-ci siniflər üçün isə 46 manata satışa çıxarılıb. Formaya jilet, pencək, ətək və yaxud şalvar daxildir.

 

Şagirdlər Təhsil Nazirliyi tərəfindən dərsliklərlə pulsuz təmin olunur. Digər zəruri dərs vəsaitləri isə bir qədər xərc tələb edir.

Paytaxt mağazalarındakı qiymətlərlə "Sədərək" Ticarət Mərkəzində təklif edilən qiymətlər arasında ən azı 20 faiz fərq var.

Məsələn, "Sədərək"də 10-15 manata məktəbli çantası tapmaq mümkündür. Çantanın modelindən, keyfiyyətindən asılı olaraq qiymətlər 35 manatdan 80 manata qədər artır.

Paytaxt mağazalarında isə 23 manatdan ucuz çanta tapmaq mümkün deyil.

Xatırladaq ki, Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən paytaxt ərazisində 19 ünvanda (metrostansiyaların çıxışında) yarmarkalar təşkil edilib. Qiymətləri öyrənmək üçün yarmarkalara baş çəkdik. Yarmarkadakı satıcıların sözlərinə görə, məktəb ləvazimatlarının qiymətləri aşağıdakı kimidir:

- 12 vərəqli dəftər - 10-24 qəpik (qiymət keyfiyyətə görə dəyişir);
- 24 vərəqli dəftər - 35 qəpik;
- 48-60 vərəqli dəftər - 55 qəpik (qiymət keyfiyyətə görə dəyişir);
- 96 vərəqli dəftər - 1 manat;
- 100 vərəqli dəftər - 80 qəpik (qiymət keyfiyyətə görə dəyişir);
- sadə karandaş - 30-50 qəpik;
- karandaş yonan - 50 qəpikdən 1.50 AZN-ə qədər.

Qələmlərin qiyməti isə formasına, bəzəyinə görə 20 qəpikdən 50 qəpiyədək dəyişir.

Rəngli karandaşları 2-3 manata, xətkeşləri uzunluğuna görə 30 qəpikdən 50 qəpiyə qədər, pozanları 20-40 qəpik, flomasterlər 40 qəpikdən, qələm qabları formasından asılı olaraq 2 manatdan 5 manata qədər dəyişən qiymətlərlə təklif olunur.

İbtidai sinifə gedən uşaqlara su qabları almaq istəsəniz, 2-5 manat arasında dəyişən qiymətlərdən cibinizə uyğun olanını seçə bilərsiniz.

Çantaların qiymətləri isə yarmarkalarda 18 manatdan başlayır, 25-35 manata kimi artır.

Məktəbli yarmarkaları hələ yeni açılıb və bu, ilkin qiymətlərdir. Qeyd edilən ləvazimatlar müxtəlif mağazalarda fərqli qiymətlərə də satıla bilər.

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...