Göygöl rayon ərazisində olan meşəlikdə baş vermiş yanğın söndürülüb.
Ümümi sahəsi 2 hektardan çox meşəliyin 0.5 hektara yaxın ərazisini əhatə edən yanğın söndürülüb və yanğının meşəlik əraziyə tam keçməsinin qarşısı alınıb. Yanğın zamanı iri və xırda gövlədi ağaclar və kol-kos yanıb.
Fövqəladə Hallar Nazirliyinin Göygöl rayon Yanğından Mühafizə Hissəsindən "Report"un Qərb Mərkəzinə verilən məlumata görə, hazırda ərazidə tüstülənmə olsa da yanğının qarşısı alınıb. Əraziyə Göygöl rayon Yanğından Mühafizə Hissəsinin 2 və kömək məqsədilə isə Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 1, Gəncə bölməsindən isə (Hacıkənd qəsəbəsi) 1 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.
Əraziyə yaxın heç bir yaşayış massivi yoxdur və hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi isə aparılan araşdırmalardan sonra məlum olacaq.
***
21:39
Göygöldə meşədə yanğın başlayıb.
Eurasia Diary "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə rayonun Gəncə kəndində qeydə alınıb.
İlkin məlumatlara görə, 2 hektardan artıq meşə massivində yanğın başlayıb.
Hadisə yerinə 3 yanğınsöndürən briqadası cəlb olunub. Meşə ərazisinin hansı səbəbdən yandığı hələlik məlum deyil.