BAXCP Əbülfəz Elçibəyin məzarını ziyarət etdi | Eurasia Diary - ednews.net

16 Sentyabr, Bazar ertəsi


BAXCP Əbülfəz Elçibəyin məzarını ziyarət etdi

Cəmiyyət A- A A+
Avqustun 22-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin üzvləri, rayon təşkilatlarının sədrləri milli-azadlıq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin məzarını ziyarət ediblər.
 
Eurasia Diary xəbər verir ki, partiyanın mətbuat xidmətinin məlumatına görə, Fəxri Xiyabanda Əbülfəz Elçibəyin vəfatının 19-cu ildönümü ilə bağlı keçirilən tədbirdə BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Elçibəyin Azərbaycan tarixində oynadığı mühüm roldan danışıb. O, Əbülfəz Elçibəyin xalqını, millətini, dövlətini və vətənini təmənnasız sevən, Azərbaycan siyasətinə təmizlik və dürüstlük gətirən siyasət adamı olduğunu deyib: “Onun ideyalarını BAXCP olaraq biz bu gün də yaşadırıq və yaşadacağıq. Əbülfəz Elçibəyin xatirəsi hər zaman əziz tutulacaq və ehtiramla anılacaq. O gün olsun ki, erməni işğalı altında qalan torpaqlarımızı azad edək. Əbülfəz Elçibəyin və şəhidlərimizin ruhu o zaman şad olacaq".
 
 
 

 

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...