Dövlət İmtahan Mərkəzi tələbələrə müraciət etdi | Eurasia Diary - ednews.net

22 Sentyabr,


Dövlət İmtahan Mərkəzi tələbələrə müraciət etdi

Cəmiyyət A- A A+

Dövlət İmtahan Mərkəzi (DİM) ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərə müraciət edib.

Eurasia Diary xəbər verir ki, bu barədə Modern.az-a DİM-in mətbuat xidmətindən bildirilib. 

Müraciətdə bildirilir ki, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlər qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatdan keçməlidirlər:

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı bu gün başa çatır.

Birinci mərhələdən sonra ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı avqustun 27-dək davam edəcək.

Ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olunanlar isə avqustun 23-dən sentyabrın 2-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Tam (11 illik) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar isə avqustun 29-dək qeydiyyatdan keçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...