Cocuq Mərcanlı məktəbinin ilk məzunu “BDU-ya qəbul olmayanda elə bilirsən imtahandan kəsilmisən”

Cəmiyyət 12:04 23.08.2019

Bakı Dövlət Universiteti bir tərbiyə, rahatlıq ünvanı, başı min bəlalar çəksə də, heç vaxt öz soy-kökündən, dilindən uzaq düşməmiş bir xalqın möhtəşəm elm, təhsil məbədidir. Adama elə gəlir ki, sanki, hara getsən, yol Universitetdən başlayır və bütün dünyanı dolaşsan da, gəzsən də, yenə yolların gəlib ona çıxır. Ancaq Universitet – o boyda binalar, korpuslar, rektor, akademiklər, prosessorlar, ən sıravi əməkdaşlar belə uzaqdan səni çağırırsa, əl uzadırsa, səsləyirsə, demək, bu, daha böyük əxlaq, daha böyük tərbiyədir, ən əsası isə Universitet Qarabağa qayıdış üçün səni ağuşuna çağıran, yetişdirən, formalaşdıran bir məktəbdir, sonra yenidən öz ünvanına, məsələn, Cocuq Mərcanlı avtobusuna mindirirsə, demək, doğrudan da, Bakı Dövlət Universiteti elm, təhsil tərbiyə yolunu hələ də həvəslə, böyük ruh yüksəkliyi ilə gedir.

Eurasia Diary xəbər verir ki, ölkənin bütün region, bölgələrindən Bakı Dövlət Universitetinə hər il yüzlərlə, minlərlə tələbə qəbul olunur, ancaq Universitet bəlkə də ən sevincli günlərini yaşayır ki, məhz Cocuq Mərcanlıdan - işğaldan azad olunmuş kənd məktəbinin ilk buraxılışının məzunlarından bir neçəsi tələbə adını qazanıb. Vətəni müharibə, silah, top-tüfənglə geri alırsan, təbiidir, adam sevinir, ancaq işğaldan azad etdiyin kəndin məktəbindən hansısa bir şagird universitetə, özü də məhz Bakı Dövlət Universitetinə qəbul olursa, silahla, fiziki güclə geri qaytarılan Vətəni həm də ruhən, mənəvi cəhətdən özündə hiss edirsən. Məsələn, gələn il hansısa Cocuq Mərcanlı şagirdi universitetə qəbul olacaqsa, daha sən bunu indiki coşqu, sevinc hissi ilə qarşılamaycaqsan, çünki elə biləcəksən ki, Bakıdan, Gəncədən, Naxçıvandan, Ağdaşdan, İmişlidən, Şəkidən kimsə univrsitetə girib. Yəni onu da təbii bir şey kimi qəbul edəcəksən...

Əlbəttə, bir gün Şuşa, Laçın, Kəlbəcər və yaxud, babası Xocalıda şəhid olmuş bir tələbə də bu il Bakı Dövlət Universitetinə qəbul olmuş Cocuq Mərcanlı şagirdi Türkanə kimi danışacaq:

- Mən anadan olanda Cocuq Mərcanlı işğal olunmuşdu, oranı heç vaxt görməmişdim. Sonra dedilər ki, Prezidentimiz bizim kəndimizə səfər edib. Bir az uşaq olsam da, yadıma gəlir, valideynlərim, mən də çox sevindim. Mən Biləsuvar rayonunda oxuyurdum, heç vaxt inanmazdım ki, orta məktəbi Cocuq Mərcanlıda bitirərəm...

- Maraqlıdır, məhz Bakı Dövlət Universitetini istəyirdin?

- Hə...

- Niyə?

- Çünki qürurvericidir, köklü universitetdir, ona görə. Düzü, mənə elə gəlir ki, adam Bakı Dövlət Universitetinə qəbul olmayanda elə bilir imtahandan kəsilib, universitetə girməyib. (gülümsəyə-gülümsəyə deyir)

Çıxarış:

Həziyev Zamin Mətləb oğlu Cəbrayıl rayon Cocuq Mərcanlı kənd orta məktəbinin direktorudur. Gəncdir, 38 yaşı var. Cocuq Mərcanlı kəndi işğal olunanda Zamin müəllimin təxminən 8-9 yaşı vardı. O da Türkanə kimi xoşbəxt və inamlı danışırdı. Məktəb şəhid Novruz Aslanov adını daşıyır. Zamin müəllim işğaldan azad olunmuş məktəbin ilk direktorudur, o, 11 sinfi olan məktəbə 2017-ci ilin sentyabrından rəhbərlik edir. Və qeyd etdiyimiz kimi, kənd məktəbi işğaldan azad olunduqdan sonra onun məzunlarının biri Bakı Dövlət Universitetinin fizika, o biri Azərbaycan Dövlət Pedeqoji Universitetinin İnformatika fakültəsinin, digərləri isə kollec tələbəsi adını qazanıb.

Haqqında danışdığımız Mehdiyeva Türkanə Fəxrəddin qızı Bakı Dövlət Universitetində oxuyacaq. Burada həmişə insanları gələcəyə, mübarizəyə, haqq-ədalətə səsləyən bir zəng səsi var. O zəng müqəddəsdir. Türkanə 9-cu sinifə kimi Biləsuvar rayonunda oxumuşdu, özünün dediyi kimi, heç ağılına da gətirməzdi ki, Biləsuvardan Cocuq Mərcanlıya, ordan Bakıya, ordan da Bakı Dövlət Universitetinə gələcək.

Türkanənin oxuduğu Cocuq Məcanlı kənd məktəbini bir çox qurumlar, o cümlədən Bakı Dövlət Universitetinin kollektivi ziyarət edib və...

Zamin müəllim:

- Bu ilin may ayında Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və kollektivi Cocuq Mərcanlıya gəlmişdi. Elçin müəllimin təşəbbüsü ilə Cocuq Mərcanlı kənd məktəbində təhsil alan  şagirdlərə dərs ləvazimatları, coğrafiyaya aid fiziki xəritələr, qlobus, atlaslar, kompyuter dəsti, mikroskop, fizika laboratoriyası üçün cihazlar, ingilis dili ləvazimatları, dəftər, qələm və s. gətirilmişdi.. Və bir də üzərinə “Bakı Dövlət Universitetinin tədris otağı” yazılan, məktəbimizin əsas sinif otaqlarından biri üçün nəzərdə tutulmuş bir lövhə... Bilirsiniz, o, bizim şagirdlərimiz üçün necə böyük stimul oldu? Bu gün Türkanənin timsalında onun nəticəsini görmüş olduq...

Zamin Həziyev dedi ki, Azərbaycanın köklü universiteti ilə döyüş bölgəsi məktəbinin bu cür möhkəm get-gəli olduqca təqdiredici haldır. Xüsusən, universitetin 100 illiyi ərəfəsində rektor Elçin Babayevin bizimlə mütəmadi əlaqəsi, diqqət və qayğısı təkcə məni yox, məktəb şagirdlərini də sevindirir, qürrələndirir.

- Zamin müəllim, aydın məsələdir, rəhbərlik etdiyiniz məktəb döyüş bölgəsində - sərhəddə yerləşir...

- Biz uşaqlara tarixdən, ədəbiyyatdan, mədəniyyətdən, dərs keçdiyimiz yerdə bir də görürsən, atəş səsləri gəldi... Biz hər yerdə öyrətməyə, şagirdlərimiz isə hər yerdə oxumağa hazırdır. Azərbaycanın güclü ordusuna güvənirik, ona görə belə rahatıq...

- Məktəbdə ingilis, rus dilləri də keçirilirmi?

- Ən yüksək səviyyədə...

Məktəb direktoru Zamin Həziyev, eləcə də yenicə tələbə adını qazanmış Türkanə ilə danışdıqca içimiz qürur hissi ilə dolur, xüsusən, Cocuq Mərcanlı və Bakı Dövlət Universitetinin mənəvi-ruhi bağlılığı bizdə gələcəyə parlaq bir inam, əminlik hissi yaradır.

... Universitet kollektivinin Cocuq Mərcanlı kənd məktəbini ziyarəti zamanı Zamin müəllim belə bir ifadə işlətmişdi: “Vaxtilə ermənilər tərəfindən yandırılmış Cocuq Mərcanlı məktəbini indi körpə gülüşləri, şagird səsləri bəzəyir”.

...Bu gün isə Türkanənin və tələbə adı qazanmış digər Cocuq Mərcanlı gənclərinin simasında tələbə səsləri...

 

Xınalığa dolu düşüb - VİDEO

Xəbər xətti

XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub
12:45 19.04.2024
Xocavənddə Ermənistan istehsalı olan partlayıcı qurğular aşkarlanıb
12:35 19.04.2024
Bakıda taksilər kütləvi şəkildə cərimə meydançasına aparılır? - AÇIQLAMA
12:20 19.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişinin regiona təsiri - Ərəb Ekspert ŞƏRH EDİR
12:15 19.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələrin SON GÜNÜDÜR
12:00 19.04.2024
Hamısı