"O, Füzuli işğal olunmasın deyə özünü partlatdı..." Uğruna canlar verilən vətən...

Cəmiyyət 13:01 23.08.2019

Rasim İbrahimov 18 aprel 1962-ci ildə Bakının Əzizbəyov rayonundakı Çilov adasında anadan olub.

Ailəsi neftçi idi. 1969-cu ildə buradakı 131 saylı məktəbin birinci sinfinə gedib və səkkizinci sinfədək həmin məktəbdə təhsil alıb.

1977-ci ildə C.Naxçıvanski adına Hərbi Məktəbə daxil olan R.İbrahimov 1979-cu ildə təhsilni başa vurub. 1983-cü ildə Almaniyaya hərbi xidmətə göndərilib. 1988-ci ildə Bakıya qayıdan Rasim bir müddət Respublika Hərbi Komissarlığında çalışıb.

Sonra Ağsu rayon Hərbi Komissarının müavini vəzifəsinə təyin edilib. Burada işlədiyi müddətdə Baş Qərargahın Saratov şəhərindəki 3 aylıq kursunda oxuyub. Sonra Füzuli rayonunda hərbi komissarın müavini kimi çalışmağa başlayıb.

Qarabağ müharibəsinin qızğın vaxtlarında - 1992-ci ildə o, Füzuli rayonunun bir qrup sakini ilə birlikdə könüllü özünümüdafiə taboru yaradıb. Hansı ki, bu tabor Füzulinin kəndlərini mərdliklə qoruyan bir dəstəyə çevrilmişdi. Döyüşlərdə göstərdiyi şücaətə görə Rasimə mayor rütbəsi verildi. Onların taboru 1992-ci il 28 iyunda Tuğ kəndi uğrunda döyüşə girmiş, onlarla erməni quldurunu məhv etmişdi. Lakin arxadan dəstək gəlmədiyi üçün mühasirəyə düşmüşdülər. Həmin an cəsur komandir R.İbrahimov sırf döyüşçü dostlarını mühasirədən xilas etmək üçün canından keçir. O, ayağından yaralansa da, döyüşə rəhbərliyi davam etdirir. Vəziyyətin ümidsiz olduğunu görən Rasim son anda düşmən əlinə keçməmək üçün əl qumbarası ilə özünü həlak edir. Ermənilərə təslim olmayan R.İbrahimov "Azərbaycan zabiti heç vaxt düşmənə təslim olmayacaq!",-deyərək özünü qumbara ilə partladaraq əbədiyyətə qovuşur.

Bəli, Rasim İbrahimov Füzuli işğal olunmasın, əsgər yoldaşları düşmən əlinə keçməsin, zabit şərəfinə xələl gəlməsin deyə canından keçdi. Vətən yolunda iki övladını, ailəsini geridə buraxdı. Lakin təəssüflər olsun ki, hər Azərbaycan zabiti onun qədər şərəfli deyildi. Bu gün hələ də 1993-cü ilin 23 avqustunda, bir gün ərzində Füzuli və Cəbrayılın erməni silahlı qüvvələri tərəfindən necə işğal edildiyi haqqında konkret  faktlar aşkar edilməyib.

Sirr deyil ki, ölkəmizin bu dilbər guşəsi heç də "erməni ordusunun məharəti" ilə deyil, daxili xəyanət nəticəsində itirilib. Lakin kimlərin, konkret hansı qüvvələrin Füzuli və Cəbrayılın işğalında əli olduğu hələ də Azərbaycan xalqına məlum deyil. Füzuli və Cəbrayılın bir günün içərisində erməni ordusunun nəzarətinə keçməsi ilə bağlı heç kim cinayət məsuliyyətinə cəlb edilməyib. İctimaiyyətdə tez-tez 1993-cü ilin yay aylarında ardıcıl uğursuzluqlarımızın "memarı" olaraq adı hallanan, vətən torpaqları işğal təhlükəsi ilə qarşı-qarşıya olduğu bir zamanda Gəncədə dövlət hakimiyyətinə qarşı qanunsuz qiyam qaldıran, dövlət çevrilişinə ardıcıl cəhdlər edən Surət Hüseynov da hazırda həbsdə deyil, bizdə olan məlumata görə Rusiya Federasiyasında firavan ömür sürür.

Rasim kimi igid oğulların qəhramancasına canından keçdiyi vətən torpağı hansısa "sapı özümüzdən olan balta"ların xəyanətləri nəticəsində düşmən işğalına məruz qalıb.

Qeyd edək ki, Füzuli və Cəbrayılın işğal edilməsi nəticəsində Zəngilan rayonu müharisəyə düşdü və çox keçmədən bu rayonumuz da erməni yaraqlılarının əlinə keçdi.

Hazırda Füzulinin 50 kəndindən 20-si, Qubadlının 90 kəndindən sadəcə biri (Cocuqmərcanlı) Azərbaycan ordusunun nəzarətindədir. Ermənistan Respublikası bu işğal müddətində münaqişə öncəsi Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiasına (Dağlıq Qarabağa) heç bir aidiyyatı olmayan bu rayonlarda arıdıcıl şəkildə yenidənqurma işləri görür, yeni yollar çəkir, məktəblər, yayaşış məntəqələri tikir.

Uğrunda 1500-ə yaxın şəxsin şəhid olduğu Füzuli və Cəbrayıl rayonlarıartıq, 26 ildir ki, işğal altındadır.

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Hamısı