"Artıq səbr kasamız dolub" - Füzuli və Cəbrayıl sakinləri - FOTOLAR | Eurasia Diary - ednews.net

15 Sentyabr,


"Artıq səbr kasamız dolub" - Füzuli və Cəbrayıl sakinləri - FOTOLAR

Cəmiyyət A- A A+

Bu gün Füzuli və Cəbrayılın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il ötür.

Eurasi Diary xəbər verir ki, bu münasibətlə Bakıda Şəhidlər Xiyabanında anım mərasimi keçirilib.

Tədbirdə Füzuli və Cəbrayıl sakinləri, millət vəkilləri, partiya sədrləri, ictimaiyyət nümayəndələri, Qarabağ qaziləri iştirak ediblər. 

Çıxış edənlər Ermənistanın işğalçı siyasətinə etiraz etməklə bərabər, Azərbaycan iqtidarına, dünya birliyinə Qarabağın işğaldan azad olunması üçün çağırış ediblər.

"Artıq səbr kasamız daşıb. 26 il də torpaqsız, Vətənsiz qalmaq olar? Biz öz torpaqlarımızı tələb edirik. Hər kəs Qarabağın işğaldan azad olunması üçün çalışmalıdır. Bizim tələbimiz budur", - deyə çıxış edənlər bildirib. 

Anım tədbiri Qarabağ uğrunda şəhid olanların məzarlarının ziyarət edilməsi ilə tamamlanıb. 

Vəfa VƏLİYEVA

1

1

1

1

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...