Dövlət Yol Polisindən sürücülərə istilərlə bağlı - VACİB MÜRACİƏT | Eurasia Diary - ednews.net

20 Sentyabr, Cümə


Dövlət Yol Polisindən sürücülərə istilərlə bağlı - VACİB MÜRACİƏT

Cəmiyyət A- A A+

Dövlət Yol Polisi havaların isti keçməsi ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya daxil olan müraciətdə bildirilir ki, avqust ayının 26-dək ölkə ərazisində havaların isti keçəcəyi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatı nəzərə alaraq DYP sürücülərdən və nəqliyyat vasitələri sahiblərindən özlərinin və sərnişinlərin təhlükəsizliyinin təmin olunması məqsədi ilə günün isti vaxtlarında fərdi nəqliyyat vasitələri ilə, xüsusilə soyuducu sistemlərlə təchiz olunmamış, istismar müddəti çox olan köhnə avtomobillərlə mümkün qədər uzaq məsafəli səfərlərə çıxmamalarını xahiş edir. 

Vacib hallarda kondisionerli marşrut avtobuslarından istifadəyə üstünlük verilməsi, soyuducu sistemi olmayan fərdi minik avtomobillərindən istifadə etmək zərurəti yarandığı halda isə yalnız günün nisbətən sərin vaxtlarında istifadə edilməsi tövsiyə olunur.

Eyni zamanda sürücülərimiz yuxusuz, yorğun, əzgin halda sükan arxasına əyləşməsinlər. Bir neçə saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətə də olsa avtomobili saxlayıb istirahət etmək tövsiyə olunur. Bir daha xatırladırıq ki, bunun üçün respublika əhəmiyyətli yollarda yerləşən DYP-nin stasionar postlarında yaradılan şəraitdən istifadə edə bilərlər. 

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...