“Facebook"a gələn Siyavuş Novruzovdan ilk Açıqlama | Eurasia Diary - ednews.net

20 Sentyabr, Cümə


“Facebook"a gələn Siyavuş Novruzovdan ilk Açıqlama

Cəmiyyət A- A A+

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisinİctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Facebook” sosial şəbəkəsində öz adına səhifə açıb.

Eurasia Diary "Yeni Sabah"a istinadən xəbər verir ki ki, S.Novruzov “Report”a açıqlamasında cəmiyyətlə ünsiyyəti yeni texnologiyalar əsasında qurmaq lazım olduğunu deyib.

YAP rəsmisinin sözlərinə görə, “Facebook” müzakirələrin aparılması üçün vasitədir: “Bəzi mətbuat orqanları təhrifə yol verir, özlərinə sərf edən hissəni dərc edirlər. Amma sosial şəbəkədə fikri aydın şəkildə ifadə etmək mümkündür”.

S.Novruzov bundan sonra mövqeyini daha çox sosial şəbəkə üzərindən ifadə edəcəyini qeyd edib: “Fikirlərimi daha çox sosial şəbəkədə açıqlayacam”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...