SON DƏQİQƏ Qazaxda polkovnik rütbəli erməni snayper və daha 3 əsgər məhv edilib

Cəmiyyət 12:04 24.08.2019
Müdafiə Nazirliyinin keçmiş əməkdaşı, tanınmış hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov özünün feysbuk hesabında maraqlı açıqlama ilə çıxış edib. Eurasia Diary statusun maraqlı olduğunu nəzərə alaraq onu oxuculara təqdim edir: 
 
Əziz dostlar! Hörmətli həmkarlar!
 
Bildiyiniz kimi, bir qrup müharibə veteranı və hərbi sahə ilə bağlı ekspert və blogerlər Azərbaycanın qəhrəman əsgərlərindən olan Dövlət Sərhəd Xidmətinin (DSX) Qazax Sərhəd Diviziyasının əsgər və zabitləri ilə çox yaddaqalan bir görüş keçirtdi. Və çox sağ olsun DSX-nin rəhbərliyi ki, bu görüşü operativ təşkil elədi və biz öz gözlərimizlə əziz qardaşlarımızın gördükləri işləri həm şəxsən müşahidə etdik və imkan daxilində tarixin yaddaşına köçürdük. Dünəndən baxıram, sosial şəbəkədə sadəcə vaxt keçirən bəzi dil pəhləvanlarına görə xəcalət çəkirəm. 
 
Ayıbdır dostlar və sadəcə yoldaşlar. Sizin ermənidən nə fərqiniz oldu?
 
Azərbaycanlı oğullar çox qısa müddətdə, ağla sığmayan bir işlər ortalığa qoyublar. Özü də elə çətin şəratidə ki, vallah o dil pəhləvanlarından kim istəyirsə mən onu və ya onları şəxsən o yerlərə aparmağa hazıram ki, qoy öz gözləri ilə görsün ki, zəhmətkeş əsgər balalarımız öz komandirləri ilə necə bir mühüm işlər görüblər. Vicdanınız olsun. Kimə gülür və ya lağ edirsiniz ay bədbəxt adamlar? Siz əvvəl özünüzə qiymət verin, sonra o cür ağır şəraitdə erməni kimi qaniçən vəhşi düşmənlə üz-üzə, güllə yağışı altında ortaya iş qoyan balalarımıza. Bu proses davam edir. Sizi nə qane etmir, ay bədbəxtlər? Əsgər və zabitlər əmrə tabe adamlardır. Bu cür sərt şərtlər çərçivəsində əgər DSX-nin rəhbərləri qətiyyət və əsl kişilik nümayiş etdiriblərsə, erməninin və ona havadarlıq edən alçaqların ağzını necə lazımdırsa ovublarsa, özü də itkisiz, siz nədən narazısınız? Erməni o istiqamətdə son vaxtlarda öz ən ağır itkilərini verib. Qərb istiqamətində snayperlərin komandiri polkovnik rütbəli M... ləqəbli yaramaz məhv edilib. 3 nəfər ölü və ondan iki dəfə çox yaralı. 
 
Bu müraciəti ona görə yazdım ki, kiminsə məndən və ya ora mənimlə gedən dostlardan və yoldaşlardan, ən əsası isə DSX-nin rəhbər şəxslərindən xoşu gəlməyə bilər. Biz avro və ya dollar deylilik ki, siz bizi sevib-əzizləyəsiniz. Yuxarıda başınızın üzərində Ulu Yaradanı unutmayın. 
 
Mən yazmışdım və demişdim. Bir daha təkrar edirəm. Mən orada Qəhrəman əsgərlərimizi, gecə-gündüz bilmədən ön xəttdə əsgərlərlə bərabər olan generalları və zabitləri bağrıma basdım və hamımızın adından təşəkkür etdim. 
 
Bu uğur təkcə DSX-nın uğuru deyil, bu həm də bütövlükdə Azərbaycanımızın düşmənə vurduğu zərbələrdən daha birisidir. 
 
Çox-çox xahiş edirəm, kompüter klaviaturası arxasında özünü çox "ağıllı və savadlı" göstərməyə cəhd edən yaramazlara sərt şəkildə yerini göstərin. Mən tənqidi qəbul edirəm. Amma, lağ-lağanı, rişğəndi qətiyyətlə rədd edirəm. Onu yazan və edən şəxs mənim üçün erməni qədər alçaq və şərəfsizdir. Kim öz ailəsində öz qeyrətini və namusunu təhqir etməyi özünə rəva görürsə, onlara sadəcə yazıqlar olsun. Düşmənlə üz-üzə dayanan əsgərlərə və onların komandirlərinə hər kəs dəstək olmalıdır. Onlar bizim başımızın tacıdırlar. 
 
Tanrı onları qorusun!
Tanrı Azərbaycanımızı qorusun!
 
P.S. Bir qədər əsəbi və emosional yazdığım sözlərə görə də dəyərli dostlarımdan üzr istəyirəm. Sadəcə məni düzgün anlamağınızı və qəbul etmənizi xahiş edirəm. Mən həyatımda bizim Azərbaycan Əsgəri kimi bacarıqlı və edilməsi mümkün olmayan işləri ortaya qoymağı bacaran bir başqa varlıq görmədim. Qazax istiqamətində əsgərlərimiz fantastik mühəndis-istehkam işləri görüblər. Qarabağı da inşallah o müqəddəs əsgərlərimiz bizlərə qaytaracaqlar.
 
 
Bu tarixdə Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov AÇIQLAYIR - VİDEO

Xəbər xətti

Azərbaycanda problemli kreditlər 20% azalıb
16:04 25.04.2024
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
15:52 25.04.2024
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Bu tarixdə Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov AÇIQLAYIR - VİDEO
15:33 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
15:15 25.04.2024
Makron: "Avropanın ölmək riski var"
Makron: "Avropanın ölmək riski var"
15:10 25.04.2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
15:00 25.04.2024
Umud Mirzəyev Elmira Süleymanovanın vəfatı ilə bağlı başsağlığı verib
14:54 25.04.2024
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
14:48 25.04.2024
Malıbəylidə kütləvi məzarlıq AŞKARLANDI
14:45 25.04.2024
Səməd Seyidov: "Türk dünyası böyük bir fenomenə çevrilib"
14:40 25.04.2024
Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"
14:32 25.04.2024
Elmira Süleymanova vəfat etdi
14:14 25.04.2024
"Bu dünya iqtisadiyyatının sonu ola bilər..." – İngilis politoloqla Eksklüziv ŞƏRH
14:00 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:55 25.04.2024
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:53 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
13:46 25.04.2024
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdı
13:40 25.04.2024
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur”
13:30 25.04.2024
Fuat Oktay: "Zəngəzur dəhlizinin açılması Türkiyəni Orta Asiyaya bağlayacaq"
13:27 25.04.2024
Sahil Babayev: "Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb"
13:20 25.04.2024
Şəhərinizin memarlığına heyran oldum- -Özbək jurnalisti-VİDEO
13:00 25.04.2024
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
12:50 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak ediblər
12:38 25.04.2024
Haaqa məhkəməsində Ermənistanın əsassız iddiaları davam edir - VİDEO
12:38 25.04.2024
Sabahın hava PROQNOZU
12:35 25.04.2024
Baş Prokurorluqdan Nəsib Quliyevin ölümü ilə bağlı daha bir AÇIQLAMA
12:30 25.04.2024
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
12:30 25.04.2024
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
12:25 25.04.2024
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
12:20 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Hamısı