Aprel döyüşlərində polislər cəbhəyə getmək üçün müraciət edib | Eurasia Diary - ednews.net

20 Sentyabr, Cümə


Aprel döyüşlərində polislər cəbhəyə getmək üçün müraciət edib

Cəmiyyət A- A A+

Azərbaycan Ordusunun qələbəsi ilə bitən aprel döyüşləri başlayanda Bakı Polis Qarnizonundan yüzlərlə polis əməkdaşı döyüşə getmək üçün yazılı və şifahi müraciətlər ünvanlayıb.

Eurasia Diary “Yeni Sabah”a istinadən xəbər verir ki, bu barədə məlumat Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) facebook səhifəsində yer alıb.

Belə ki, polis serjantları ilə yanaşı, yüksək rütbəli zabitlər müraciətlər və raportlar yazaraq xidmət yerinin səngərə dəyişdirilməsi ilə bağlı müraciətlərdə özlərini Vətən üçün fəda etməyə hazır olduqlarını bildiriblər: “Səngərdə döyüşən, canını Vətən üçün fəda edən oğullarımızdan artıq olmadıqları həmin müraciətlərin ana xəttini təşkil etmişdir: Azərbaycan Polisi səngərsiz əsgərdir!”

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...