Aprel şəhidlərinin ailələri mərhum pilot Rəşad Atakişiyevin ailəsini ziyarət ediblər

Cəmiyyət 18:33 24.08.2019
2016-cı ilin aprelində şəhid olmuş polkovnik-leytenantı Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova,  Əbdülməcid Axundovun anası Ceyran Axundova və tanınmış jurnalist, aprel şəhidlərimizdən bəhs edən “Qalibiyyət, şahidlər və şəhidlər” kitabının müəllifi Aida Eyvazlı  qəzaya uğramış MiQ-29 döyüş təyyarəsinin mərhum pilotu Rəşad Atakişiyevin ailəsini ziyarət  edib.
 
Eurasia Diary xəbər verir ki, ziyarət zamanı Nəcibə Axundova və Ceyran Axundova  ailəyə təsəlli olmağa çalışıblar.
 
Nəcibə Axundova pilot Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynovaya baş sağlığı verərək  deyib ki, bundan sonra özünüzdə güc tapmağı bacarmalısız:
 
“Eynilə sizin yaşadıqlarınızı mən də yaşamışam. Ailə başçısını, sevdiyin insanı itirməyin nə demək olduğunu çox yaxşı anlayıram. İtki elə hissdir ki, nə qədər təsəlli verənlər olsa da, bu yaranı heç nə ovundura bilmir. Çalışın, ayaqda durun. Bundan sonra ancaq övladlarınızın  gələcəyini düşünün. Möhkəm olmağınız çox önəmlidir. Bundan sonra övladlarınızın sizə daha çox ehtiyacı olacaq. Səbrli olun!. Vətən sağ olsun!”.
 
Ceyran Axundova da pilot Rəşad Atakişiyevin anası Tatyana Atakişiyevaya övlad itkisinin sağalmaz dərd olduğunu deyib:
 
“Mən də övlad itirmişəm. O da vətən yolunda şəhid olub. Övlad dərdini heç nə təsəlli edə bilməz. Bu dərd ölənə qədər bizimlədir. Allah səbr versin!”
 
Jurnalist Aida Eyvazlı mərhum pilotumuz Rəşad Atakişiyevin həyat yoldaşı Könül Atakişiyevaya kitabını ərməğan edərək, “şəhidlər ölməz, vətən bölünməz” sözlərini səsləndirib:
 
“Biz media işçiləri olaraq hər zaman yanınızdayıq. Pilotumuz RəşadAtakişiyev bütün Azərbaycanın oğludur. Hər zaman qəlbimizdə yaşayacaq”.
 
Arayış: Rəşad Atakişiyev 1985-ci il yanvar ayının 7-də Samux rayonunun Alabaşlı qəsəbəsində anadan olub. Şəmkir rayonundakı şəhid Şöhrət Hüseynovun adını daşıyan Qılıncbəyli kənd orta məktəbini bitirib. 2002-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil olaraq 2006-cı ildə həmin məktəbi bitirib. Seçdiyi peşəni daha dərindən öyrənməyə səy göstərib. “Polkovnik-leytenant” hərbi rütbəsinə qədər yüksəlib.
 
R.Atakişiyev Azərbaycan Ordusunda xidmət etdiyi müddət ərzində peşəkar, nümunəvi, vətənpərvər zabit kimi tanınıb. Onun xidmətləri həmişə yüksək qiymətləndirilib. Hərbi hissənin qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsində fərqləndiyinə görə bir neçə medal ilə təltif olunub.
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “Turaz Qartalı” devizi altında keçirilən birgə taktiki-uçuş təlimlərində, eləcə də ötən ilki Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ilə bağlı keçirilən hərbi paradda nümunəvi çıxışı ilə yadda qalıb. 
 
Rəşad Atakişiyevin 2 oğul övladı var. Birinin 3, digərinin 7 yaşı var.(modern.az)
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi
15:52 18.04.2024
Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans KEÇİRİLİR
15:50 18.04.2024
Hamısı