“Bank of Baku” ASC-nin müştərilərinə hədəflənmiş fişinq xarakterli kiber-hücum cəhdləri olub.
Eurasia Diary "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə məxsus Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin (KİMM) açıqlamasında bildirilir.
Belə ki, naməlum hakerlər tərəfindən "Facebook" sosial şəbəkəsində reklam kampaniyasının yayımlanması məqsədilə müxtəlif səhifələr yaradılıb, səhifənin loqotip hissəsində bankın rəsmi loqotipi yerləşdirilib, məzmununda isə həmin bankın reklam kampaniyalarında istifadə etdiyi fotoşəkillərə oxşar şəkillər yüklənərək üzərində həqiqətə uyğun olmayan müxtəlif cəlbedici vədlər qeyd edilib.
Vətəndaşlardan yalnız müvafiq banka məxsus internet informasiya ehtiyatlarından, mobil tətbiqlərdən istifadə etməyi tövsiyə edir, oxşar hallarla qarşılaşdıqları halda KİMM-ə məlumat vermələrini xahiş edirik”, - deyə məlumatda qeyd olunur.