Qaraçuxurda uşaq bağçasında yanğın - VİDEO | Eurasia Diary - ednews.net

17 Sentyabr, Çərşənbə axşamı


Qaraçuxurda uşaq bağçasında yanğın - VİDEO

Cəmiyyət A- A A+

Bakının Suraxanı rayonunda yanğın hadisəsi olub.

Oxu.Az xəbər verir ki, yanğın Qaraçuxur qəsəbəsindəki “Tumurcuq” uşaq bağçasının həyətində baş verib.

Belə ki, bağçanın həyətindəki ağaclardan bəziləri alışıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar.

Onların səyi nəticəsində yanğını nəzarət altına almaq və lokallaşdırmaq mümkün olub.

Hadisə nəticəsində bağçanın binası və ətrafda olan obyektlər zərər görməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...