Goranboydakı dəhşətli qəzanın görüntüləri yayıldı - VİDEO | Eurasia Diary - ednews.net

17 Sentyabr, Çərşənbə axşamı


Goranboydakı dəhşətli qəzanın görüntüləri yayıldı - VİDEO

Cəmiyyət A- A A+

Goranboyda minik avtomobili yük maşını ilə toqquşub, nəticədə 64 yaşlı kişi dünyasını dəyişib.

Eurasia Diary xəbər verir ki, hadisə rayonun Veyisli kəndində baş verib.

Ağır qəza zamanı yüklə dolu "KamAz" aşıb, daşıdığı yük yola dağılıb. Minik maşını isə zərbənin gücündən yararsız hala düşüb. Həmin avtomobildə olan 64 yaşlı Tərtər rayon sakini Rasim Əhmədov hadisə yerində dünyasını dəyişib. Qəza nəticəsində Ədalət Babayev və Natiq Rüstəmov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirlib. Yaralılara tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Xezerxeber.az-a istinadla mövzu ilə bağlı videogörüntünü təqdim edirik:

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...