Jurnalist Zülfüqar Xeyirxəbər döyülüb.
Eurasia Diary xəbər verir ki, bu barədə jurnalist özü məlumat verib:
"Dünən axşam saat 19:30 radələrində Mərdəkandan Bakı istiqamətində hərəkətdə olarkən 99 AD 149 dövlət nömrə nişanlı ağ rəngli Daewoo markalı avtomobil qarşımı kəsib. Sözügedən avtomobilin sürücüsünün hücumuna məruz qalmışam. Ciddi xəsarətlərim var. Hadisə barədə DİN-nin 102 qaynar xəttinə dərhal məlumat vermişəm. 3 saylı xəstəxanaya müraciət etmişəm. İlkni tibbi yardım göstərildikdən sonra evə buraxılmışam", - deyə Z.Xeyirxəbər bildirib.