Pakistan mətbuatı Mehriban Əliyevadan YAZDI

Cəmiyyət 12:52 27.08.2019

Pakistanın tanınmış “Diplomatik News Agency” xəbər agentliyinin və “Centreline” jurnalının internet səhifələrində “Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bugün öz doğum gününü qeyd edir” sərlövhəli məqalə dərc olunub.

Eurasia Diary xəbər verir ki, məqalənin girişində Mehriban xanımın həyat yoluna nəzər salınaraq onun uşaqlıqdan bəri bacarıqlı şagird, daha sonra tələbə və gənc olduğu haqda məlumat verilir, onun ictimai işlərdə aktiv fəaliyyətinə toxunularaq 1995-ci ildə Mehriban Əliyevanın “Azərbaycan Mədəniyyəti Fondu”nun, 1996-cı ildə isə üç dildə nəşr edilən “Azərbaycan – İrs” jurnalının əsasını qoyduğu vurğulanır, 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildiyi diqqətə çatdırılır. 

Müəllif Mehriban Əliyevanın 2004-cü ildən, Ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsini öyrənmək və onun milli dövlətçilik ideyalarını təbliğ etmək məqsədilə təsis edilmiş Heydər Əliyev Fonduna rəhbərlik etdiyini vurğulayır, həmçinin Mehriban xanımın eyni ilin avqustunda Azərbaycanın şifahi xalq ədəbiyyatı və milli musiqisinin qorunması və inkişaf etdirilməsindəki xidmətlərinə görə YUNESKO-nun Xoşməramlı Səfiri adına layiq görüldüyü qeyd olunur. 

Məqalədə Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun Azərbaycanda yeni xəstəxanalar, məktəblər, kolleclər inşa etdiyi, 2007-ci ildə isə pulsuz xidmət təklif edən Talassemiya Mərkəzinin istifadəyə verildiyi diqqətə çatdırılır. Həmçinin, Mehriban Əliyevanın Azərbaycanın klassik musiqisi olan muğamın mühafizə edilməsi istiqamətində ciddi addımlar atdığı və Beynəlxalq Muğam Mərkəzinin təsis edildiyi bildirilir. 

Müəllif Mehriban Əliyevanın 2005, 2010 və 2015-ci illərdə Azərbaycan Milli Məclisinə üzv seçildiyini, 2006-cı ildə isə mədəniyyətlər arasında dialoqun inkişafına, İslam mədəni irsinin təbliği və xüsusi uşaqların problemlərinin həll edilməsi sahəsində verdiyi töhfələrə görə İSESKO-nun Xoşməramlı Səfiri adına layiq görüldüyü, ictimai xadim və qadın lider olaraq bir sıra ölkələrin fəxri adları, orden və medalları, mükafatlar və fəxri titulları ilə təltif edildiyini, bunların arasında Pakistanın Hilal-e-Pakistan Ordenin də olduğunu diqqətə çatdırır. 

Müəllif qeyd edir ki, Azərbaycanla Pakistan arasındakı qardaşlıq münasibətlərinin təzahürü olaraq, Heydər Əliyev Fondu 2005-ci ildə Pakistanda baş verən dağıdıcı zəlzələdən dərhal sonra bu ölkədə xeyriyyəçilik fəaliyyətlərinə başlamış, Mehriban Əliyevanın təşəbbüsü ilə zəlzələdən ən çox dağılan bölgələrdən olan Müzəffərabadın Rara bölgəsində 500 şagirdlik qızlar məktəbi tikilmişdir. Eyni zamanda birinci xanım Mehriban Əliyevanın dəstəyi ilə Pakistanın müxtəlif əyalətlərində səhiyyə, təhsil və humanitar sahələrdə silsilə layihələrin həyata keçirməsindən də bəhs olunur. Bundan başqa Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə cari ildə və ötən illər ərzində Ramazan ayında və Qurban bayramında uşaq evlərində kimsəsiz və xüsusi uşaqlar üçün həyata keçirilmiş iftar yeməkləri və digər xeyriyyə tədbirləri barədə məlumat verilir. Pakistanın rəhbərlərinin, o cümlədən hazırkı Prezident Dr.Arif Alvinin də öz növbəsində Heydər Əliyev Fondunun 2005-ci ildən etibarən humanitar əməkdaşlıq sahəsində verdiyi töhfələri və Fond tərəfindən Pakistanın müxtəlif sosial rifah institutları və xeyriyyə təşkilatlarına edilən yardımları daim vurğuladığı qeyd olunur. 1 iyun 2019-cu il tarixində Pakistan Prezidentinin Sarayında Heydər Əliyev Fondunun dəstəyi ilə xüsusi uşaqlar üçün təşkil olunmuş tədbirdə Prezident Arif Alvinin Azərbaycanın Birinci xanımı tərəfindən göstərilən təşəbbüsləri yüksək qiymətləndirdiyi və Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi xeyriyyə layihələrinə onun verdiyi dəstəyin onəmimi qeyd etdiyi vurğulanır.      

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Danimarkada hava limanı bomba təhlükəsi səbəbindən boşaldılıb
19:55 20.04.2024
Bağanis Ayrımdan olan 85 yaşlı neftçi: Kəndimizin qaytarılacağı xəbərinin sevincini sözlə ifadə etmək çətindir
19:35 20.04.2024
Ermənistan KİV: Bağanis Ayrım kəndinin ərazisində artıq minatəmizləmə işləri aparılır
19:28 20.04.2024
Türkiyədə fırtına məscidin minarəsini uçurdu, leysandan küçələri su basdı
19:00 20.04.2024
Ceyranbatan su kanalında bir nəfər batıb
18:35 20.04.2024
Ukrayna buna görə Britaniyanı gönahlandırır
Ukrayna buna görə Britaniyanı gönahlandırır
18:13 20.04.2024
Ermənistan: Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi qəbuledilməzdir
Ermənistan: Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi qəbuledilməzdir
18:00 20.04.2024
Vaşinqtondan Bakıya DƏSTƏK: ABŞ səfirinin Qarabağa ilk səfərinin TƏFƏRRÜATI
17:49 20.04.2024
Azərbaycanın strateji valyuta ehtiyatları 69 mlrd. dolları ötüb
17:20 20.04.2024
Azərbaycan İranın ən çox motosiklet ixrac etdiyi ölkələr arasında YER alıb
17:00 20.04.2024
Enerji səmərəliliyi üzrə yol xəritəsi hazırlanır
16:40 20.04.2024
ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
16:20 20.04.2024
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
16:00 20.04.2024
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
15:40 20.04.2024
Mövsümündə yetişməyən meyvə və tərəvəz XƏRÇƏNG YARADIR - Ekspertdən AÇIQLAMA
15:20 20.04.2024
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
15:00 20.04.2024
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
14:40 20.04.2024
Cəlil Xəlilov: Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi Prezidentimizin tarixi uğuru, tarixi qələbəsidir
14:20 20.04.2024
Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı
14:14 20.04.2024
Keniya nümayəndə heyəti Azərbaycana SƏFƏR edəcək
13:59 20.04.2024
Paşinyan: Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək
13:56 20.04.2024
Paşinyandan dünənki razılaşma ilə bağlı daha bir AÇIQLAMA
13:38 20.04.2024
Zakir Həsənov Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıq VERİB
13:20 20.04.2024
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
13:14 20.04.2024
Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ edib
13:06 20.04.2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
13:02 20.04.2024
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Hamısı