Qara çörək, yoxsa qaraldılmış çörək? Firmalar hiyləgərlik edir

Cəmiyyət 12:28 31.08.2019
Əvvəllər qara çörəkdən, əsasən, pəhriz saxlayanlar və şəkər xəstələri istifadə edirdi. Son vaxtlar isə qara çörəyə üstünlük verənlərin sayı artıb. Bu növ çörəyin sağlamlığa xeyirli olması haqqında səslənən fikirlər də qara çörəyə tələbatı artıran səbəblərdəndir. Bununla belə, qara çörəklərin tərkibinə bir çox kimyəvi maddələrin vurulması ilə bağlı söz-söhbətlər də gəzir.
 
Ekspertlər qara çörəyin tərkibinin çovdar unu, ikinci növ qara un, maya, duz və ədviyyatdan ibarət olduğunu bildirir. Ancaq bəzən qara çörəkləri alarkən tərkibindəki maddələrin qeyd edilmədiyini müşahidə edirik.
 
Eurasia Diary xəbər verir ki, qida mühəndisi İsa Əliyev oxu.az-a açıqlamasında bildirib ki, xarici ölkələrdən fərqli olaraq, ölkəmizdə istehsal olunan qara çörəklərə əlavə edilən qatqıların qablaşdırmada qeyd edilməməsi təhlükəli haldır:
 
"Tərkibinə müxtəlif qatqılar əlavə olunan qara çörəklər çoxdur, amma həmin rəngdə olan məhsula "pəhriz çörəyi" demək olmaz. Təəssüflər olsun ki, rəqabət bəzən mənfi nəticələrə gətirib çıxarır. Belə ki, bir firma digərindən daha ucuz mal satmaq və xərclərini daha azaltmaq məqsədilə məhsullara fərqli qatqılar vururlar. Qara çörəklərin rənginin dəyişdirilməsi üçün ona kofe, kakao tozu vurulur, hətta fərqli qida rəngləndiricilərdən istifadə edilir. Bu da hiyləgərlik deməkdir. Çünki qablaşdırmada həmin qatqıların adı qeyd edilməyib, bu qanun pozuntusudur".
 
 
Ekspert bu xoşagəlməz hallarla mübarizə yollarından da danışıb:
 
"Məsələn, müvafiq qurumun saytında qara çörək istehsalını düzgün təşkil etməyən firmaların adları yazıla və beləliklə, cəmiyyətdə həmin firmaların antireklamı getdiyi üçün bu təcrübənin çox gözəl effekti ola bilər.
 
Hətta qida mühəndisi də satışda olan çörəyin təmiz olub-olmadığını deyə bilməz. Bunu sırf laboratoriyadan çıxan cavaba əsasən müəyyən etmək olar. Yaxud da çörəyi suya salmaqla sadə eksperiment aparmaq olar. Əgər rəngi çıxırsa, deməli, pəhriz çörəyi deyil".
 
Oxu.Az-ın sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, adətən, çörəklərin rəf ömrünü uzatmaq məqsədilə tərkibinə qida qatqıları, həmçinin qara çörəyə tələb olunan rəngi vermək üçün isə rəngləndiricilər əlavə edilir:
 
"Qara çörəyin tərkibi mineral maddələr və vitaminlərlə zəngindir. Bu çörək növündən əsasən pəhriz, şəkər xəstələri isə müalicəvi məqsədlə istifadə edirlər. Qara çörəyin kaloriliyi ağ çörəyə nisbətən daha azdır. Elə bu səbəbdən də artıq çəki problemi olan insanlara qara çörəyin istehlak edilməsi tövsiyə olunur. Çörəyin bu növü şəkər, böyrək və mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlər üçün faydalı hesab edilir. Müxtəlif növləri olan qara çörəyin hər bir çeşidi özünəməxsus tərkibi və xassələrinə görə digərindən fərqlənir. Qara çörək diabet və ürək-damar xəstəliklərinin inkişaf riskini azaldır. Müalicə prosesində qəbizlik xəstəliyindən əziyyət çəkən insanların qida rasionuna daxil edilir. Eyni zamanda, qara çörək orqanizmdə olan zərərli toksinləri xaric edir. Belə ki, qara çörəyin tərkibinə daxil olan mineral maddələr insan orqanizmində yığılan zərərli toksinlərin sovrularaq xaric olunmasına kömək edir".
 
Qeyd edilib ki, qara çörəyin tərkibi çovdar unu, 1-ci növ buğda unu, çovdar kəpəyi, çovdar səmənisi, duz, şəkər, maya kimi inqrediyentlərdən ibarətdir:
 
"Əsasən, iki növü daha çox istehlak edilir. Çovdar çörəklərini kəpəkli, kəpəksiz və ələnmiş çovdar unundan, bəzən 1-ci və 2-ci növ buğda unu əlavə etməklə, bəzən isə kəpəkli çovdar-buğda unundan və ya çovdar unu ilə kəpəkli buğda unu qarışığından hazırlayırlar. Qara çörəyin tərkibi A, B1, B2, B3, B6, C, D vitaminləri və Ca, Na, Mg, K mineral maddələri ilə zəngindir.  Çörək və çörək məhsullarına tərkibinə, formasına, ölçüsünə görə müəyyən standart tələblər qoyulur. Adətən, çörəklərin rəf ömrünü uzatmaq məqsədilə tərkibinə qida qatqıları, həmçinin qara çörəyə tələb olunan rəngi vermək üçün isə rəngləndiricilər əlavə edilir. Qara çörək kəpəkli undan hazırlanır. Məlumdur ki, kəpək daha çox buğda dəninin içərisində olur. Çörəyə qara rəngi vermək üçün, adətən, tərkibinə buğda cücərtisi olan solod əlavə edilir. Bu isə texniki şərtlərə əsasən miqdardan artıq olmamalıdır. Çörəyin tərkibi, saxlanma qaydası, istehsal və son istifadə tarixi mütləq üzərindəki etiketdə qeyd olunmalıdır".
 
 
Agentlikdən əlavə edilib ki, qara çörəyin forması düzgün olmalı, üzərində çatlar olmamalıdır:
 
“Qara çörək alarkən istehlakçılar, ilk növbədə, onun xarici görünüşünə, formasına, rənginə, səthində nöqsanlar, kif olub-olmamasına diqqət etməlidirlər. Çovdar və kəpəkli buğda çörəkləri açıq və ya tünd qəhvəyi rəngdə ola bilər.
 
Əgər vətəndaşların satış müəssisələrində satılan çörək və un məmulatlarının tərkibi, keyfiyyəti ilə bağlı şübhələri olarsa, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat verə bilərlər. Konkret faktlara əsaslanan müraciətlər daxil olduqda, Agentlik tərəfindən plandankənar yoxlamalar aparılır və adıçəkilən məhsul laborator müayinələrə cəlb olunur".a
"Dünya xaosa doğru sürüklənir" - Deputat Əli Məsimli ilə Müzakirə - VİDEO

Xəbər xətti

Tbilisidə regional konfransda Azərbaycanda istilik təchizatı sahəsində görülən işlərdən danışılıb
21:21 16.04.2024
IMF Azərbaycanda inflyasiyanın gerilədiyini proqnozlaşdırır
21:00 16.04.2024
Serbiya Prezidenti COP-29-a dəvət edilib
20:50 16.04.2024
Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib
20:43 16.04.2024
Qırmızı Meydanın bağlanma səbəbi açıqlanıb
20:40 16.04.2024
IMF Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını yaxşılaşdırıb
20:20 16.04.2024
Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək
20:00 16.04.2024
Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib
19:50 16.04.2024
Moskvanın Qırmızı Meydanı BAĞLANDI
19:44 16.04.2024
"Dünya xaosa doğru sürüklənir" - Deputat Əli Məsimli ilə Müzakirə - VİDEO
19:30 16.04.2024
Qəzzada ölənlərin sayı 34 minə YAXINLAŞIR
19:20 16.04.2024
Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi əməkdaşlıq MÜZAKİRƏ OLUNDU
19:10 16.04.2024
Zelenski Ukraynada səfərbərlik haqqında qanun imzalayıb
18:56 16.04.2024
Şəxsi bank kart məlumatları ələ keçirilir - DİN-dən XƏBƏRDARLIQ
18:47 16.04.2024
Bakıda yol qəzası sıxlığa səbəb olub
18:38 16.04.2024
Azərbaycanın cəsur qadınları QARABAĞDA! - VİDEO - FOTOLAR
18:32 16.04.2024
Umud Mirzəyev: “Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində səsləndirdiyi iddialar absurddur”
18:30 16.04.2024
Kirakosyandan Azərbaycana qarşı növbəti təxribat dolu İDDİALAR - VİDEO
18:21 16.04.2024
Paytaxtda 19 yolda sıxlıq müşahidə olunur
18:19 16.04.2024
Sabah Bakının üç rayonunda qaz olmayacaq
18:10 16.04.2024
Nazim Bəydəmirlinin istintaqı yekunlaşıb: Məhkəmə başlayır
17:47 16.04.2024
Ermənistan XİN rəhbəri Səudiyyə Ərəbistanına gedir
17:35 16.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı əssasız İDDİALAR - VİDEO
17:30 16.04.2024
Azad edilmiş ərazilərdəki yaylaqlara 4 mindən çox fermer KÖÇƏCƏK
17:25 16.04.2024
Rusiyada TikTok bloklana bilər
Rusiyada TikTok bloklana bilər
17:17 16.04.2024
Daha 156 ailə Füzuli şəhərinə köçürüləcək
17:00 16.04.2024
İran Prezidenti Putinə zəng edib
16:55 16.04.2024
Tiktoker “Semka” HƏBS OLUNDU
16:50 16.04.2024
AÇG-dəki yeni ACE platformasından hasilat BAŞLANDI
16:40 16.04.2024
Twitter yeni istifadəçilər üçün ÖDƏNİŞLİ OLDU
Twitter yeni istifadəçilər üçün ÖDƏNİŞLİ OLDU
16:35 16.04.2024
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
16:20 16.04.2024
Misirdən ŞOK XƏBƏR: Hüsnü Mübarək hələ YAŞAYIR? - VİDEO
Misirdən ŞOK XƏBƏR: Hüsnü Mübarək hələ YAŞAYIR? - VİDEO
16:15 16.04.2024
Maqnit qasırğasından necə qorunaq? - Həkim AÇIQLAYIR
16:00 16.04.2024
İsrail-İran konflikti Azərbaycan iqtisadiyyatına necə təsir edəcək? - Açıqlama
15:30 16.04.2024
Azərbaycanda baş redaktor və müxbir həbs edildi
15:15 16.04.2024
Füzuli şəhərində infrastruktur necə qurulur? - VİDEO
15:00 16.04.2024
“İran və İsrail arasında münaqişənin alovlanması...” – İngilis Politoloqdan ÖZƏL ŞƏRH
14:50 16.04.2024
Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib
14:40 16.04.2024
Cənubi Qafqazı xaosa sürükləmək istəyənlər... – GİZLİ MƏQAMLAR – ŞƏRH
14:30 16.04.2024
Prezidentdən Türkiyə–Azərbaycan Universiteti ilə bağlı FƏRMAN
14:22 16.04.2024
Hamısı