BDU-nun 4 rektorunu güllələyiblər

Cəmiyyət 18:34 01.09.2019
Bakı Dövlət Universiteti 1919-cu il sentyabr ayının 1-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edildi. Cümhuriyyətin ömrü uzun olsaydı bəlkə də dünya səviyyəli Universitet qurmaq mümkün olardı. Universitetin ilk rektorlarına diqqət edək:
 
V. Razumovski 1919-20- ci illər
 
S. Davidenkov 1920-1923-cü illər
 
A. Qulyayev 1923-1926 –cı illər.
 
Ruslardan sonra Universitet rektorları olmuş Milli kadrların dördünü Mircəfər Bağırov güllələmişdir.
 
Tağı Şahbazi 1926-1929- cu illər, 1938-ci ilin yanvar ayının 2-də güllələnmişdir.
 
Maqsud Məmmədov 1929-1930-cu illər, 1938-ci ilin sentyabr ayının 5-də güllələnmişdir.
 
Məmmədkazım Ələkbərli 1934 - 1935-illər, 1937-ci ilin oktyabrın 12-də güllələnmişdir.
 
Balabəy Həsənbəyov 1935-1937-ci illər, 1937-ci il oktyabr ayının 11- də güllələnmişdir.
 
Biz Qərbdə, Amerikada Universitetlərin tarixinə baxanda xəcalət çəkirik. Avropanın ən qədim Universitetlərindən sayılan Boloniya universitetinin əsası 1088-ci ildə (o zaman Nizami Gəncəvinin 47 yaşı var idi) qoyulub. İlk dəfə bu universitetə özünüidarəetmə statusu verildi. Müstəqillik əldə edildikdən sonra tələbələr öz ittifaqlarını, həmkarlar təşkilatını yaratdılar, rektor seçkisini təşkil etdilər, tələbə qəbulunu və müəllimlərin əməkhaqqını müəyyənləşdirdilər. XIII əsrdə bu universitetdə təhsil alan tələbələrin sayı 10 minə yaxın olub. Bizdə isə Universitet yaranan kimi 4 rektorunu güllələyiblər.
 
Cümhuriyyətdən miras qalmış Bakı Dövlət Universitetinin tarixinin 70 ili Sovetlər İttifaqı ilə bağlıdır. Yaxşı yadımdadır. 1981-ci ildə BDU-nun fizika fakültəsinə daxil olanda bizi Dağüstü parkda Sergey Mironoviç Kirovun əzəmətli heykəlinin qarşısında andiçmə mərasiminə apardılar. Biz tələbə olan vaxtlar universitetimizin adını daşıyan Kirovun hansı yuvanın quşu olduğunu bilmirdik. Universitetin yaradıcıları olan əzəmətli kişilərdən də xəbərsiz idik. Sovetlər vaxtı böyük alimlər ordusu yetişdi, lakin məktəblər yaranmadı. İndi biz onun acısını çəkirik. Müstəqillik əldə etdikdən sonra bütün Universitet professurası siyasətə qurşandı.
 
Bizim yaşatdığımız universitet Qərb Universitet standartlarına uyğun gəlmədiyi üçün reytinq cədvəllərinə tamahımızı gizlətməliyik. Universitetə Boloniya Universitetinin yarandığı tarixdə verilən müstəqillik lazımdır. Biz hər dəfə Universitetə rektor təyin olunanda islahatlardan danışırıq. Rektorlar gedəndən sonra isə hamı bir nəfər kimi dərindən ah çəkib. Azadlığa çıxdıqlarını gizlətməyiblər. XXI Əsrin artıq 20-ci ilinə qədəm qoyuruq. İslahatlardan danışırıq. Dünya elmi burdan Mars planetinə qədər bizdən aralanıb. DNK-nın təmirinə başlanılıb, neytrinonun kütləsi kəşf olunub, əlimizdə iPhone var, tamamilə başqa riyaziyyat tədris olunur, humanitar elmlərin paradiqmaları tamamilə dəyişib. Biz isə hələ də islahatlardan danışırıq. Biz islahatdan qabaq tələbələrə seçdikləri fənləri müasir səviyyədə tədris etməli, onları elmi-tədqiqatlara cəlb etməliyik. Bunu edə biləcək müəllim, yaxud elmi işçilər varmı? Bax, ilk həll olunası problem bu olmalıdır. Səmimi şəkildə bunları edə bilsək, tələbə özünə cığır tapacaq.
 
100 yaşın mübarək, Universitetim!
 
Etibar Əliyev,
təhsil eksperti
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı