Azərbaycan daxili işlər orqanlarında növbəti təyinat olub.
Eurasia Diary "unikal.org"a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis polkovniki Azad Quliyev Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin kadrlar şöbəsinin rəisi təyin olunub.
Xəbəri Unikal.org-a Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsindən təsdiqləyiblər.
Qeyd edək ki, bu təyinata qədər həmin vəzifədə BDU-nun keçmiş rektoru, akademik Abel Məhərrəmovun kürəkəni polis polkovniki Azər Sadıqov çalışırdı. O, Nabrandakı “El Faro” əyləncə mərkəzində olarkən səhhəti pisləşmişdi.Sonra A.Sadıqov Türkiyədəki klinikada dünyasını dəyişmişdi.