Ermənilər Laçında qədim yaşayış məskənlərini dağıdır - FOTOLAR

Cəmiyyət 10:22 02.09.2019

Laçın rayonunun Mirikkəndi ərazisindəki qədim yaşayış məskənləri ermənilər tərəfindən dağıdılır.

Eurasia Diary "modern.az"a istinadən xəbər verir ki, Laçın rayonunun Mirik kənd, Həkəri çayın Minkənd qolunun sol sahilində, Bozlu kəndindən qərb tərəfə 2 km hündürlükdə dəniz səviyyəsindən 1440-1520 metr yüksəklikdə Laçın-Minkənd yolunun 40 km-də yerləşir.
 
Mirik kəndinin yaranma tarixi ilk orta əsrlərə, buradakı ilk insan məskənlərinin mövcudluğu isə ibtidai icma dövrünə qədər gedib çıxır. Bu kəndin ərazisindəki siklop xarakterli memarlıq nümunələri, antik qala, yeraltı mağaralar, tunellər və kəhrizlər Azərbaycan tarixininin müxtəlif dövrlərini  öyrənmək üçün çox maraqlı, əvəzsiz mənbədirlər.

Qədim dövrlərə aid daş əmək alətləri, daşdan yonulmuş istehsal vasitələri və Azərbaycanın qiymətli Mədəniyyət nümunələrindən sayılan bədii daşlar, qabartmalar, oymalar, ornamentlər və digər dekorativ tətbiqi sənətə aid olan əvəzsiz nümunələr Mirik kəndinin ərazilərində hələ də qalmaqdadır.

Ermənistanın məlum 1992-ci il işğalından sonra Mirik kəndinin adı Ermənistan hökumətinin qərarı ilə dəyişdirilərək Herik, adlandırdılar. Nədənsə 2010-cu ildən sonra kəndin adı yenidən köhnə vəziyyətinə qaytarılaraq Mirik adlandırılmağa başladı. Kəndi işğal etdikdən sonra ermənilər kəndin təqribən 50%-dən çox yaşayış evlərini söküb dağıdıblar. Bu kənddə ermənilər tərəfindən daha çox təcavüzə məruz qalan  azərbaycanlı sakinlərinə məxsus məhsuldar torpaqları, fərdi təsərrüfatları və tarix mədəniyyət abidələridir.

Mirik kəndinin etnik tərkibi bütün tarixi dövrlərdə yalnız azərbaycanlılardan ibarət olmuşdur. Əhalinin əsas məşğuliyyəti bostançılıq, bağçılıq, arıçılıq, heyvandarlıq və qismən də olsa toxuculuq idi.

Azərbaycanın memarlıq abidələrinin çox nadir nümunələrindən sayılan, siklop tipli memarlıq abidələrindən sayılan Mirik kəndi ərazisində böyük bir şəhərin xarabalığını xatırladanərazi elə indinin özündə də mövcudluğunu qoruyub saxlayır. 
 
Mirik kəndinin «Kalafalıq» deyilən bu ərazisində palçıqdan istifadə edilmədən sal daşları nizamla düzərək ucaldılan siklon tipli yaşayış tikintilərinin qalıqlarının mövcudluğu tarixi baxımdan maraqlı və öyrənilməsi vacib olan qiymətli abidələrimizdəndirlər. Bu qədim yaşayış mərkəzi Mirik kəndinin 4-5 kilometr şimalından yəni Göybulaq və Sonabulağı ərazilərinin cənub ətəklərindən başlayaraq ta Mirik Qalasının zirvəsinədək uzanıb burada tamamlanır.

Ərazinin müxtəlif yerlərindən bu əraziyə gələn yolları keçilməz etmək üçün, çoxsaylı daş tullantılarının bir yerə toplanması,  XVI-XVII əsr qalarının mühafizə divarlarını xatırladır.
Xatırlatmaq yerinə düşərdi ki, siklop tipli memarlıq abidələrinə Respublikamızda çox nadir hallarda rast gəlinir. Bütün bu kimi tarixi faktların mövcudluğu, Azərbaycanın digər bölgələrində olduğu kimi Laçın ərazisinin də eradan əvvəl II minilliyin sonu və I minilliyin əvvəllərində ibtidai icma quruluşunun dağılması və sinifli cəmiyyətə keçilməsinin göstəricisidir. 
 
Mirik kəndi ətrafında ilk insan məskənlərinin mövcudluğunu təsdiqləyən “Bayqara” ərazisindəki “Dəlikli” mağarasıdır. Mağaranın giriş qapısı tərəfdən və  daxildən uçulmuş vəziyyətdə olsada özünün ecazkar görkəmini qoruyub saxlaya bilib.

“Bayqara” sözünün etnonimi Təəcüb doğuran böyük ərazi kimi mənalandırılır. Bu ad hələ bu ərazidə nə qədər sirlərin gizləndiyini göstərir. Ərazi insan yaşayışı üçün vacib olan çoxsaylı bulaqlar, meşə örtüyü, meyvə və giləmeyvə ağacları ilə zəngindir. Bu təbii şərait burada ilk insanların yaşayışını zəruri edən amillərdəndir.

Mirik qalası

Qala Mirik kəndin qərb tərəfindəki dağın zirvəsində şimala doğru uzanan dağ silsiləsinin cənub qurtaracağında dağın zirvəsində yerləşir. Qalanın inşa tarixi hələlik müəyyənləşdirilməsədə, qalanın inşaasında siklop memarlığından istifadə edilmnəsi, qalanın inşaasını tariximizin çox qədim dövrlərinə aparıb çıxarır. Qalanın uzunluğu 200 – 250 metr, eni isə 30 – 50 metrdir.

Qala 80 x 50 metr ölçüdə təqribən üç bərabər hissəyə bölünüb. Qalanın zirvəsindən kənd qəbistanlığı istiqamətdə təqribən 150 metrlik məsafədə, qalanın qərb hissəsində divarlarının qalınlığı 3 metrə çatan 7 – 8 metrlik dairəvi bir qüllə tikilib. Qüllənin arxa tərəfi qalanın zirvəsinə qədər üst-üstə yığılmış daşlarla örtülüb. Qüllənin çıxışı kiçik həcmli açıq meydançaya açılır.

Qalanın cənubunda 30 metrlik mühaafizə divarı inşa edilib. Mühfizə divarı 15 x 20 metrlik düzbucaqlı qüllə ilə tamamlanır. Buradada divarlar siklop tipli memarlıq üslubu ilə tikilib divarların hündürlüyü 3-4-5 metr, qalınlığı isə 2,5 – 3 metrdir. Qüllənin qapısı qalanın içərisində inşa edilən bir otağa açılır. Qalanın zirzəmisi, müxtəlif istiqamətlərə şaxələnən tunellərdən və müxtəlif ölçülü otaqlardan ibarətdir.
 
Abidə 2013-cü ildən ermənilər tərəfindən qeyri-qanuni arxeoloji qazıntılara məruz qalıb. Qazıntıları Ermənistandan göndərilən ekspedisiya tərəfindən, eləcədə  İrəvan Dövlət Universitetinin Arxeologiya fakultəsinin əməkdaşları ilə birgə aparılır. Buna səbəb, keçən ilin avqust ayında ixtisasca arxeoloq olan Ermənistan vətəndaşı Arutyun Xudanyanın özbaşına apardığı qazıntı zamanı aşkar etdiyi bir qəbirdən 6 küpə (keramik qab) qızıl zinnət əşyaları və  pul əskinasları tapması səbəb olub. O bu əşyaları mənimsəmək məqsədi ilə gizlətmiş, lakin sonra polisin təziqi ilə az bir qismini Ermənistan hökumətinə təhvil verib.
 
Bundan sonra Ermənistan hökuməti tərəfindən ərazi nəzarətə götürülərək,  ekspedisiya təşkil edilib və ərazi başdan-başa qazılmağa başlanılıb.

Özünü qazıntı rəhbəri kimi təqdim edən Ermənistan Elmlər Akademiyasının Arxeologiya İnstitunun müəllimi Qaqik Sarkisyan,bu qanunsuz fəaliyyətə, elmi işçi Ayk Avetisyanı, arxeoloq Artaq Qnunini, memar Anjela Davityanı, ərazidə yerləşən hərbi hissənin əsgərlərini və kənddə məskunlaşdırılan ailələrin azyaşlı uşaqlarını cəlb edib.Tərkibdən göründüyü kimi əksəriyyəti qeyri-peşəkarlardan ibarət təşkil edilən ekspedisiya elmi tədqiqat işləri üçün deyil qarətçilik məqsədi ilə yaradılıb.

Ermənistanın bu fəaliyyətinin formasından və məzmunun nədən ibarət olmasından asılı olmayaraq, beynəlxalq qaydalara zidd olan cinayət əməlidir.

Belə ki, 1954-cü il Haaqa Konvensiyasına 1999-cu ildə qəbul edilmiş İkinci Protokolu silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması dairəsini daha da genişləndi. Xüsusilə Ermənistanın Azərbaycan torpaqlarını işğalı kontekstində, Protokolun 9-cu bəndi işğalda iştirak edən tərəfin "işğal edilmiş ərazilərə münasibətdə" mədəni mülkiyyətin, istənilən arxeoloji qazıntı nümunəsinin qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi və ya elmi sübut xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasının qadağan etməsi və qarşısının almasını təsbit edir.
 
Eyni zamanda “Mədəni dəyərlərin qeyri-qanuni yolla gətirilməsinin, aparılmasının və mülkiyyət hüququnun verilməsinin qadağan edilməsi və qarşısının alınmasına yönəlmiş tədbirlər haqqında” 1970-ci il Paris Konvensiyası və “Oğurlanmış və qeyri-qanuni yolla ölkədən çıxarılmış mədəni dəyərlər haqqında” 1995-ci il Konvensiyasıda  təsbit edilən müddəalara əsasən silahlı münaqişələr zamanı mədəni mülkiyyət və mədəni irsə qarşı əməllər, beynəlxalq cinayət hüququ ilə hərbi cinayət hesab olunur.  Haaqa konvensiyasında, konvensiyanın tətbiq edilməsi qaydaları müəyyən edən icraedici reqlament və işğal edilmiş ərazilərdən mədəni dəyərlərin çıxarılmasını qadağan edən protokol da qəbul edilib.

Ermənistan Elmlər Akademiyası Ermənistan Respublikasının tərkib hissəsi saydıqları Mirik kəndinin 3000 min illik yaşı olduğu qənaətindədirlər. Bu qanunsuz qazıntılar nəticəsində edmənilər 4,5 metr eni və 10 metr uzunluğu olan bir ərazidə Çoxlu keramika qırıqları aşkarlayıblar. Bu fakt göstərirki, ərazi  qara arxeologiyanın  qurbanı olub.

Ermənilərin Mirik Qalası ətrafında apardıqları qanunsuz arxeoloji qazıntılar zamanı burada bir neçə ikiotaqlı və üç otaqlı kurqanlarda aşkar ediblər. Qazıntılrla bağlı mətbuata açıqlama verən arxeoloq Artaq Qnunini maraqlı bir epizod işlətmişdir. O demişdir: - Belə çoxotaqlı qəbirlər qədim ədəbiyyatda Oğuz “evləri” adlandırılır.

Bu epizodun əhəmiyyəti ondan ibarətdir ki, ən azından bir erməni alimi, “vətən” deyib ayaq basdığı torpaqların Oğuz yurdu olduğunu etiraf etdi.

Laçın rayonunun Mirik kəndi ərazisindəki qədim yaşayış məskənləri ermənilər tərəfindən dağıdılır, Azərbaycan tarixinin çox mühüm hissəsi məhv edilir. Bu cinayətin dayandırılması üçün təcili olaraq Azərbaycanın Xarici İşlər və Mədəniyyət Nazirlikləri Beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmalıdırlar.
 

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Hamısı