Bakıya 100-ə yaxın yeni avtobus gətirilib | Eurasia Diary - ednews.net

15 Sentyabr,


Bakıya 100-ə yaxın yeni avtobus gətirilib

Cəmiyyət A- A A+

Türkiyənin “BMC Otomotiv Sanayi ve Ticaret” AŞ şirkətindən alınan 300 avtobusdan təxminən 100-ü artıq Azərbaycandadır.

Modern.az-ın məlumatına görə, həmin avtobuslar daha çox şikayət daxil olan istiqamətlər üzrə xəttə buraxılacaq.

Eurasia Diary xəbər verir ki, məsələ ilə bağlı modern.az-a danışan Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, yol infrastrukturu, qanunsuz parklanmaya nəzarət, piyada təhlükəsizliyi, sərnişindaşımanın təşkili ümumilikdə Agentliyin fəaliyyət istiqamətləri üzrə ötən dövrdə çox mühüm işlər görülüb:

“Qeyd edim ki, bu işlər davamlı olaraq aparılmaqdadır. Bilirsiz ki, yay mövsümü nəqliyyat tədbirlərinin görülməsi baxımından əlverişlidir. Çünki bu mövsümdə şəhər yollarında intensivlik azalır, insanların çoxu şəhərdə olmadığından yollarda işləmək daha rahat olur.

Ümumilikdə avtobusların gətirilməsi qrafikə uyğun icra olunmaqdadır. Mərhələ ilə avtobuslar çatdırılır. Avtobusların gətirilməsi qədər vacib olan məsələlər var. Bunlar sürücülərin seçilməsi, onların peşəkarlığının artırılması, istismara veriləcək xətlərin müəyyən edilməsi, xətlər boyunca yol infrastrukturunun təkmilləşdirilməsidir ki, bu istiqamətlərdə də mühüm tədbirlər görülməkdədir”.

M.Ağayev eyni zamanda bütün avtobusların qarşıdakı aylarda kart sisteminə keçidilə bağlı intensiv işlərin davam etdirildiyini vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...