Rövnəq Abdullayevdən neftçilərə - şad xəbər | Eurasia Diary - ednews.net

20 Sentyabr, Cümə


Rövnəq Abdullayevdən neftçilərə - şad xəbər

Cəmiyyət A- A A+

Sentyabrın 1-dən SOCAR və qurumun tabeliyində işləyən bütün işçilərin tarif (vəzifə) maaşları artırılır. 

Eurasia Diary "modern.az"a istinadən xəbər verir ki, SOCAR və Azərbaycan Neft və Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) birgə qərarına əsasən, Əmr-qərar verilib.

SOCAR prezidenti Rövnəq Abdullayevin imzaladığı Əmr-qərarda deyilir:

  • 1 sentyabr 2019-cu ildən SOCAR-da çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları 20 faiz artırılsın.
  • ”Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işçilərin əməliyinin ödənilməsi haqqında Əsasnamə”yə 1, 2, 3, 4, 6, 7, 7b, 8, 9, 10, 11, 12, 13, 14, 16, 18, 59a,65-1 və 65-2 nömrəli əlavələr yeni redaksiyada təsdiq edilsin.
  • Əmr-qərarın icrasına nəzarət SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımova və ANQSİHİRK-nın sədr müavini F. Mustafayevə həvalə edilsin.

SOCAR-dan Modern.az-a faktı təsdiqləyiblər.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...