Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə mərhələsinin nəticələri açıqlandı
Eurasia Diary "AzEdu.az"a istinadən xəbər verir ki, sentyabrın 2-də müəllimlərin əlavə yerləşdirilməsi üzrə müsahibə mərhələsi keçirilib. Müsahibələr Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə təşkil edilib.
Qeyd edək ki, müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılır. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən edilir.