"Özfəaliyyətə yol vermək olmaz" Komitə sədrindən xəbərdarlıq

Cəmiyyət 10:22 05.09.2019

“Bir neçə aydır ki, “Ali təhsil haqqında” qanun layihəsi üzərində çalışırıq. İyunda layihənin müzakirəsinə dair ilk iclası keçirdik. İclasda Elm və təhsil komitəsi ilə yanaşı, digər qurumların da iştirakı ilə İşçi qrupunu formalaşdırdıq. İşçi qrupuna Elm və təhsil komitəsinin üzvləri daxildir. Bu deputatlar ali təhsillə birbaşa bağlıdırlar, o sahədə çalışıblar. Eyni zamanda, İşçi qrupunun  tərkibində Təhsil Nazirliyinin, eləcə də, digər qurumların   nümayəndələri  təmsil olunur. Həm ali məktəbləri, həm də vətəndaş cəmiyyətini təmsil edən şəxslər də var”.

Eurasia Diary xəbər verir ki, bunu modern.az-a Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli “Ali təhsil haqqında” qanun layihəsindən danışarkən deyib.

“Sentyabrın 15-nə qədər təqdim olunmalıdır”

Komitə sədri bildirib ki, qanun layihəsinin modeli artıq hazırdır:

“İşçi qrupu bütün növ şəxslərlə əhatə olunmalıdır ki, sabah qanun layihəsi hazırlanarkən onların fikirləri ilə də tanış olaq. İşçi qrupunun  ilk iclasını da keçirmişik. İclasda”Ali təhsil haqqında”  qanun layihəsini  hazırlamaq üçün  strategiyanı müəyyənləşdirib müzakirə etmişik, məsələlərə aydınlıq gətirmişik. Bundan başqa, “Ali təhsil haqqında” qanunun modelini hazırlayıb İşçi qrupun hər birinə təqdim etmişik ki, tətil müddətində bu model ətrafında  işləyib,  öz fikir və mülahizələrini müəyyənləşdirib sentybarın 15-nə qədər Elm və təhsil komitəsinə təqdim etsinlər. Elm və təhsil komitəsinin işində parlamentin işçiləri də çalışırlar. Hər maddə üzrə maarifçilik işləri aparıb onların da fikirlərini dinlədik”.

Universitetlərdə himayəçilər qrupu yaradılacaq

İsa Həbibbəylinin sözlərinə görə, layihə üzərində işləyərkən dünya təcrübəsi də öyrənilib:

“Yay tətili müddətində dünya təcrübəsini də öyrəndik. Bir neçə ölkənin ali təhsil haqqında qanunlarına baxdıq. Rusiyanın, Belarusun qanun layihələrinə  nəzər saldıq. Həmçinin, Çin də bizim üçün maraqlı olduğundan onların da ali təhsil haqqında qanunlarına baxdıq. Macarıstanın da təhsil qanunu öyrəndik, bəzi məqamlara diqqət yetirdik. Dünyanın bir çox ali məktəblərində olmuşam. 17 il Naxçıvanda rektor kimi çalışarkən bizim ali məktəbin dünyanın 80 universiteti ilə əlaqələri vardı. Yaponiya, Türkiyə, eləcə də Qərb universitetlərinə səfərlərim olub. Keçən həftə Türkiyənin Maltəpə universitetində böyük tədbirdə iştirak etdim. Məni maraqlandıran bəzi məqamları soruşdum. Türkiyənin bütün universitetlərinin himayəçilər qrupu var. Bizdə isə ancaq bir neçə universitetdə himayəçilər qrupu  fəaliyyət göstərir. Düşünürəm ki, bizim universitetlərin də hamısında himayəçilər qrupu olmalıdır, universitet strategiyasının müəyyənləşdirilməsində bu qrupun müəyyən rolu var. Güman ki, qanunvericilikdə bu məsələ öz əksini tapacaq və universitetlərə tövsiyə olunacaq”.  

“Təhsil Nazirliyindən yeni təkliflər gözləyirəm”

İsa Həbibbəyli dünya  təcrübəsindən söhbət edərkən bir məqamı da qeyd edib.  “Harda ki, dünya standartları bizim xeyrimizədir, ondan faydalanmağa çalışacağıq” deyib:

“Elə ölkələr var ki, onların təhsil sistemi öz ölkəsi üçün realdır, bizə uyğun deyil. Dünya standartlarının ölkəmizdə kor-koranə  formada  qəbul edilməsinin əleyhinəyəm. Ölkəmizin öz reallığı, ənənələrimiz, modellərimiz mövcuddur. Elə dünya təcrübəsi ola bilər ki, təhsilimizə zərər gətirə bilər. Bizi irəli apara biləcək məsələləri götürməliyik. Eyni  zamanda,  dünya təcrübəsini öyrənmək baxımından çox işlər görmüşük. Artıq Elm və təhsil komitəsi  “Ali təhsil haqqında” qanun layihəsinin öz variantını hazırlayıb.  Daha doğrusu, yay tətili müddətində öz variantımı hazırlamışam. Gözləyirəm ki, İşçi qrupunun üzvləri də fərdi olaraq öz variantlarını versinlər. Onların varinatlarında olan üstünlükləri qəbul edib, onlarla birgə müzakirə edəcəyik. Bu zaman qanun layihəsini zənginləşdirəcəyik. Eyni zamanda, Təhsil Nazirliyinin işçilərindən yeni təkliflər gözləyirəm. Çünki onlar praktik olaraq  işlərin içindədirlər. Sentyabr ayı ərzində ilk versiyamızı İşçi qrupu ilə bir yerdə Elm və təhsil komitəsində müzakirə edəcəyik. İndiki halda bizi qane etsə, Milli Məclisin plenar iclasına tövsiyə edəcəyik. Əgər bizi qane etməsə, əlavə işləmək lazım gəlsə, yenidən məsələyə komitədə baxacağıq”.

“Özfəaliyyətə yol vermək olmaz”

Komitə sədri “Ali təhsil haqqında” qanun layihəsindən danışarkən ali məktəblərin dərslik məsələsinə də toxunub:

“Ali məktəblərdə dərsliklər fərqlidir. Dövlət proqramı əsasında hazırlanmır. Ali məktəblərin müvafiq kafedralarında hazırlanır. Fakultələrdə müzakirə olunur, Elmi şuralar qərar verir. Təhsil Nazirliyi indi çox yaxşı bir addım atıb. İndiyə qədər ali məktəblərin kafedralarında hazırlanan, fakültələrdə mütəxəssislər tərəfindən müzakirə olunan, ali məktəblərin elmi şuralarında son dəfə müzakirə olunub qərar verilən  dərsliklər bir daha Təhsil Nazirliyinə göndərilir. Artıq Təhsil Nazirliyi bürokratik maneəni aradan götürüb. Daha çox məsuliyyət ali məkəblərin üzərində qalıb. Ali məktəblərin qəbul etdiyi qərar dərsliklərin çapa getməsi üçün əsasdır. Bürokratik maneəni aradan götürmək, eləcə də ali məktəblərdə dərslik hazırlığına məsuliyyəti  daha da artırmaq üçün bu məsələlərin “Ali təhsil haqqında” qanun layihəsində öz əksini tapmasına çalışacağıq. Ali məktəblər üzrə dərslik hazırlanmasına ciddi ehtiyac var. Bütün ali məktəblərimiz bu barədə düşünməlidir. Özfəaliyyətə yol vermək olmaz. Hesab edirəm ki, ölkənin qabaqcıl ali məktəblərində dərsliklər hazırlansa yaxşı olar”.

 

Xınalığa dolu düşüb - VİDEO

Xəbər xətti

Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN - VİDEO
14:30 19.04.2024
Hamısı