Şəmkir rayonunda sərnişin avtobusunun yük maşınına çırpılması nəticəsində xəsarət alanların adları məlum olub.
Eurasia Diary "report"a istinadən xəbər verir ki, bunlar Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Çinarə Eyub qızı İmamxanova, 1992-ci il təvəllüdlü Xəyyam Ümidvar oğlu Mirəliyev, 1966-cı il təvəllüdlü Göyçək Mehralı qızı Sərxanova, 1946-cı il təvəllüdlü Qələm Cavad qızı Süleymanova, 1978-ci il təvəllüdlü Arzu Mətləb qızı Kazımova, 1957-ci il təvəllüdlü Gülsüm Məhəmmdağa qızı Əliyeva, 1989-cu il təvəllüdlü Növrəstə Qardaşxan qızı Babayeva, 1997-ci il təvəllüdlü Nicad Gəray oğlu Əliyev, Günel Qurbanəliyeva, Sevinc Əmiraslanova, Türkiyə vətəndaşları Darmış Ruzin və 1983-cü il təvəllüdlü Şener Yavuz Süleyman.
Yaralılardan ikisinin vəziyyəti ağır olduğundan Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulub.
***
Səhiyyə Nazirliyi Bakı-Qazax magistiral avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində baş verən ağır yol nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, Şəmkir rayonunun Sarıtəpə kəndi ərazisində avtobusla yük avtomobili toqquşub.
“Təcili Yardıma çağırış gecə saat 4.04 də daxil olub. Bir nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəmkir MRX-ya çatdırılıb.
Səhər saat 8:20-də baş həkimin verdiyi məlumata əsasən xəstəxanada 2 kişi və 4 qadın qalıb. Kişilərdən biri komadadır vəziyyəti kritikdir”.