Hərbi vətənpərvərlik düşərgəsinin iştirakçıları Füzuli və Cəbrayıl rayonlarında olublar

Cəmiyyət 14:22 07.09.2019

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, “ASAN Xidmət” və "ASAN Könüllüləri" təşkilatının birgə layihəsi olan 2019-cu ilin ikinci “Hərbiyyə” hərbi vətənpərvərlik düşərgəsində növbəti gün gənc vətənpərvərlər Horadiz, Cocuq Mərcanlı, Lələtəpə marşrutu üzrə yarışa çıxıblar.

Eurasia Diary xəbər verir ki, Respublikamızın ən gənc, müasir şəhərlərindən biri olan Horadiz şəhərinin mərkəzində Heydər Əliyev parkında Ulu Öndərin abidəsi ziyarət olunaraq qarşısına çələng qoyulub, Ümummilli Liderin xatirəsi ehtiramla yad edilib.

Abidə qarşısında keçirilən tədbirdə Müdafiə Nazirliyinin zabiti, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Horadiz şəhərinin tarixinə ekskursiya edərək bildirib ki, 1993-cü ilin oktyabrında tam işğala məruz qalan Füzuli rayonunun 22 yaşayış məntəqəsi, o cümlədən Horadiz qəsəbəsi ulu öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti, döyüş bölgəsinə gedərək orduda güclü ruh yüksəkliyi yaratması nəticəsində erməni işğalından azad edilib. Dağıdılmış kəndlər, sosial obyektlər bərpa olunub. Füzulililər doğma yurd yerlərinə qayıdıblar. Nəzərə çatdırılıb ki, 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək,  Horadiz qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Horadiz qəsəbəsinə şəhər statusu verilməklə, müasir sosial infrastruktur layihələrinin reallaşdırılmasına, “kül altından baş qaldıran şəhər”ə yeni həyat bəxş edib. Ölkə başçısı son illərdə Horadiz şəhərinə altı dəfə səfər edib. Rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında bir neçə sərəncam imzalayıb. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramının icrası nəticəsində Horadiz müasir, inkişaf etmiş şəhərə çevrilib.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev gənc vətənpərvərləri salamlayaraq bugün də Horadiz şəhərinin etibarlı şəkildə qorunmasının hər bir Füzuli sakininin əmin-amanlıq içində qurub-yaratdığını, əkib-becərdiyini, firəvan yaşadığını və digər torpaqlarımızın da işğaldan azad edilməsi uğrunda Ali Baş Komandanın əmrlərinə hər an hazır olduqlarını vurğulayıb. Alı Alıyev dövlətimizin başçısı İlham Əliyevin “Biz Horadiz şəhərinin timsalında dirçələn Azərbaycanı, qüdrətlənən Azərbaycan Ordusunu, ulu öndər Heydər Əliyevin siyasətini görürük” kəlamlarını xatırlamaqla ordu quruculuğunda, ölkənin inkişafında qazanılan uğurlardan söhbət açıb. Heydər Əliyevin siyasi kursunun cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini qeyd edib.

General-mayor Mayis Bərxudarov bölgənin müdafiəsinin etibarlı təşkili, ordu ilə xalqın bir amal uğrunda birləşdiyi barədə danışıb. Azərbaycan Ordusunun bölgədəki hərbi hissələrinin şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun, vətənpərvərlik hissinin yüksəlməsində Füzuli rayon İcra Hakimiyyəti rəhbərliyinin və ictimaiyyətin köməyini xüsusi qeyd edib.

Lələtəpə uğrunda döyüşlərdə göstərdiyi şəxsi igidliyə və düşmənə canlı, eyni zamanda texnika sarıdan xeyli itki verən, Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunan gizir Tahir Misirxanov, Horadiz qəsəbə sovetinin üzərindən Ermənistanın bayrağını endirərək Azərbaycanın üçrəngli bayrağını atəşlər altında ucaldan müharibə qazisi Şakir Bayramov çıxış edərək, bugün də döyüşlərə hazır olduqlarını bəyan ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev müharibə şəraitində yaşayan bir ölkənin hər bir vətəndaşının qələbə əhval-ruhiyyəsi ilə yaşadığını dilə gətirib. Bu gün hərbi libas geyinərək gənc vətənpərvərlərlə cəbhəyanı bölgəyə gəlməsini. Qəhrəman oğullarla bir sırada dayanmasını, onların hünər və rəşadətləri ilə fəxr etdiyini bildirib.

“ASAN Könüllüləri” təşkilatının sədri Səbinə Cabarova, Qarabağ müharibəsi iştirakçısı Rüxsarə Qurbanovanın qızı Odlar Yurdu Universitetinin tələbəsi Rəqsanə Qurbanova, iki ilə yaxın erməni əsirliyində hər bir işgəncə və məşəqqətlərə mərdliklə sinə gərən igid kəşfiyyatçı Aqil Əhmədov çıxış edərək, “Hərbiyyə” hərbi vətənpərvərlik düşərgəsinin üzvləri ilə bu gün bir yerdə olduqlarından qürur hissi keçirdiklərini qeyd ediblər.

Yürüş iştirakçıları “Horadiz alayı” mahnısının sədaları altında Horadiz şəhərinin görməli yerlərinə ekskursiyaya çıxıblar. Yaşıllıqlara və gül-çiçəyə qərq olmuş şəhərin gözəllikləri gənc vətənpərvərlərdə xoş təəssüratlar oyadıb. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən yolda Aprel şəhidlərinin xatirəsinə ucaldılmış xatirə abidəsi ziyarət olunub, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Polkovnik Elşad Əbilov 2016-cı ilin Aprel döyüşlərindən sonra təmamilə dağıdılmış Cocuq Mərcanlı kəndinin yenidən qurulduğunu, böyük qayıdışın ilk köçünün məhz bu yaşayış məntəqəsinə qayıtdığını fəxarətlə qeyd edib.
Gənc vətənpərvərlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2017-ci ildə inşa edilən, Şuşa məcidinin oxşarı olan Cocuq Mərcanlı kənd məscidini ziyarət ediblər.

Müharibə qazisi, ehtiyatda olan kapitan Elvin Hüseynov Cocuq Mərcanlı kəndi ərazisində qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən ağır yaralandığını və göstərdiyi rəşadətə görə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunduğunu yada salıb.

Əslən Cocuq Mərcanlıdan olsa da Bakı şəhərində dünyaya gələn və bu gün ilk dəfə ata ocağına, doğma Cocuq Mərcanlıya qayıdan tələbə Fidan Hüseynzadənin çıxışı tədbir iştirakçılarında duyğulu anlar yaşadıb.
Düşərgə iştirakçıları qruplar şəklində Lələtəpə zirvəsinə qalxaraq Azərbaycan əsgərinin azad etdiyi strateji zirvədə Lələtəpə fatehləri ilə görüşüb, onların xidmət şəraiti ilə tanış olub, qəhrəmanların xatirələrini dinləyib, düşmən tərəfini müşahidə edib, fəxri döyüş növbəsində dayanıblar.

Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Emilya Bayramova gənc vətənpərvərlər adından bu möhtəşəm layihənin icraçılarına, təşkilatçılarına minnətdarlıq edib, Lələtəpə zirvəsi fatehlərinin qəhrəmanlıq ənənələrini davam etdirən döyüşçülərin yeni-yeni qələbə müjdələri ilə xalqımızı sevindirəcəklərinə əmin olduğunu bildirib.

Milli Qəhrəman polkovnik Şükür Həmidovun “Hər birimiz Qarabağlıyıq, hər birimiz əsgərik!” sözlərini təkrarlayan  gənc vətənpərvərlər “Səninlə fəxr edirik, Azərbaycan əsgəri!”, - deyərək zirvədən ayrılıblar.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı adından verilən ziyafətdən sonra iştirakçılar təlim mərkəzinə yollanıblar.

Burada Milli qəhrəman Şükür Həmidovun rəhbərliyi altında peşəkar zabitlərdən polkovnik Nemət Məmmədov, polkovnik Etibar Əhmədov, polkovnik-leytenant Sədi Musayev, polkovnik-leytenant Rüstəm Bədəlov, leytenantlar Coşqun Xəlilov, Fazil Səfərov və başqaları atışın əsasları, üsul və qaydaları, atəş hazırlığı üzrə normativlərin yerinə yetirilməsi, əl qumbaralarının məsafəyə və dəqiqliyə atılması üzrə tədris nöqtələrində məşqlər aparıb, bu məşğələlər tam mənimsənildikdən sonra ikinci təlim atış çalışmasının praktiki yerinə yetirilməsi üzrə yarışlar təşkil edilib.

Milli Qəhrəman Şükür Həmidov gənc vətənpərvərlərin normativləri yerinə yetirməsini, gözübağlı silahın sökülüb-yığılmasını, əl qumbaraatanlarının təyin olunmuş məsafəyə dəqiqliklə səngərə salınmasını yüksək dəyərləndirib.
Gənc vətənpərvərlər dügərgənin ikinci gününü fiziki hazırlıq üzrə məqbulların qəbul edilməsi üzrə yarışlarla başa vurublar.

 


Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI – VİDEO

Xəbər xətti

DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
10:15 18.05.2024
Kirayə qaldığı evi satan kirayəçini neçə il həbs gözləyir? - Ekspertlərin RƏYİNDƏ
10:00 18.05.2024
Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI – VİDEO
09:40 18.05.2024
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
09:20 18.05.2024
Azərbaycanda ÜDM istehsalı 4 faizdən çox ARTIB – RƏSMİ
09:03 18.05.2024
Vəhşicəsinə öldürülən Könülün sonuncu dəfə telefonla danışdığı qadın da ÖLDÜ
06:34 18.05.2024
Meksikada atışmada merliyə namizəd və daha 5 nəfər ölüb
05:28 18.05.2024
Rusiyada hərbi akademiyada partlayış olub, xəsarət alanlar var
04:06 18.05.2024
Azərbaycanın voleybol millisi Xorvatiyanı məğlub edib
03:59 18.05.2024
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib
02:17 18.05.2024
Slovakiyanın Baş nazirinə sui qəsd etmək istəyən şəxs məhkəmə qarşısına çıxarılacaq
01:00 18.05.2024
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
00:16 18.05.2024
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
23:55 17.05.2024
Yeni Kaledoniyada etirazlar zamanı 163 nəfər saxlanılıb
23:30 17.05.2024
ABŞ generalı: Rusiya uzun illər NATO üçün problem olaraq qalacaq
23:13 17.05.2024
Bəzi rayonlara yağış, qar yağıb, Qəbələyə dolu düşüb - YENİLƏNİB-2
22:56 17.05.2024
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb
22:35 17.05.2024
Fransa Yeni Kaledoniyanın bəzi ərazilərinə nəzarəti itirib
22:29 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
22:00 17.05.2024
Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan QOVULDU
21:41 17.05.2024
Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb
21:22 17.05.2024
DVX: Azərbaycanda bütün vergi tənzimləmə alətləri milli karbonlaşma tədbirləri ilə uyğunlaşdırılacaq
21:00 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
20:51 17.05.2024
Qaxda Gürcüstan vətəndaşının meyiti tapılıb
20:40 17.05.2024
Almaniya XİN Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləməyə hazır olduğunu bəyan edib
20:30 17.05.2024
Aleksey Overçuk: Rusiya Şimal-Cənub dəhlizinin yaradılmasında Azərbaycanla sıx əməkdaşlıq edir
20:20 17.05.2024
Azərbaycanda qanunlar o qədər təmiz işləyəcək ki... - Ekstrasenslə MÜSAHİBƏ
20:00 17.05.2024
Azərbaycan Prezidenti: 1993-cü ilə qədər bizdə 8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü
19:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar - YENİLƏNİB
19:38 17.05.2024
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
19:30 17.05.2024
Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb
19:19 17.05.2024
Rusiya Çindən asılı hala düşür? – Politoloq açıqlayır - ÖZƏL
19:00 17.05.2024
Ərdoğan TDT ölkələrinin ailə və sosial siyasətdən məsul şəxslərini qəbul edib
18:41 17.05.2024
“Tərtər işi”nə görə həbs edilən generalın cəzası AZALDILDI
18:20 17.05.2024
Ermənistan və Türkiyənin mədəniyyət nazirləri tarixi körpünün bərpasını müzakirə ediblər
18:11 17.05.2024
Azərbaycanlı skripkaçı İtaliyada qalib oldu
18:02 17.05.2024
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
17:44 17.05.2024
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
17:29 17.05.2024
Aprelin 21-də keçirilən buraxılış imtahanının nəticələri AÇIQLANDI
17:23 17.05.2024
Bakıda külək güclənib – FAKTİKİ HAVA
17:20 17.05.2024
Hamısı