Növbəti əfv sərəncamını gözləyənlər...

Cəmiyyət 11:33 09.09.2019

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Sərəncamının 1-ci hissəsində dəyişiklik edilməsi barədə fərman imzalayıb. Fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvləri sırasından Ramil Usubovun adı daxili işlər naziri Vilayət Eyvazov və Mədət Quliyevin adı Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev sözləri ilə əvəz edilib.

Eurasia Diary xəbər verir ki, əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev Modern.az-a açıqlamasında bildirib ki, bu, vəzifəyə görə edilən dəyişikliklərdir:

“Vilayət Eyvazovun daxili işlər naziri, Əli Nağıyevin Dövlət Təhlükəsizlik Xidmətinin rəisi təyin olması ilə əlaqədar prosedur xarakterli dəyişikliklərdir. Və bu dəyişikliklər ümumilikdə Komissiyanın fəaliyyətində hər hansı dəyişikliklərin olması anlamına gəlmir. Belə ki, Əfv Məsələləri Komissiyası daimi fəaliyyət göstərən qurumdur. Bu mənada ki, onun katibliyi də daimi fəaliyyət göstərir. İl boyu, hər ay, hər gün müxtəlif şəxslərdən, məhkumlardan, onların səlahiyyətli nümayəndələrindən, valideynlərindən, vəkillərdən, Pentensiar Xidmətin qurumlarından, deputatlardan gələn ayrı-ayrı məktubları emal edir və müraciət etmiş şəxslər barəsində müvafiq arayışlar hazırlayır”.

Ə.Nuriyev qeyd edib ki, əfv sərəncamının imzalanması Prezidentin səlahiyyətində olan məsələdir:

“İclasların keçirilməsilə bağlı tarixin müəyyən olunması isə birbaşa Komissiyanın sədri Ramiz Mehdiyevə məxsusdur. Bütün materiallar toplandıqdan sonra iclaslar təyin edilə bilər. Hər il bir qayda olaraq 1-2 dəfə cənab Prezident tərəfindən əfv sərəncamı imzalanır. Amma ötən illərin təcrübəsi göstərir ki, sərəncam adətən ildə bir dəfə Novruz bayramı ərəfəsində olur. Bu il ərzində əfv sərəncamının imzalandığını və hələlik iclasların təyin edilmədiyini nəzərə alsaq, hər il müşahidə olunan halın təkrarlanacağını ehtimal etmək olar”.

Hüquqşünas əfvlə bağlı dəqiq tarix söyləməkdə çətinlik çəkdiyini vurğulayıb:

“Yenə də ötən illərin təcrübəsinə əsasən, Novruzqabağı əfv sərəncamının imzalanacağını gözləmək olar. Amma bu, təbii ki, Prezidentin konstitutsion səlahiyyətlərinə daxildir”.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu il martın 16-da imzaladığı 431 nəfərə şamil olunan “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamla 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan, eləcə də azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Üç nəfər islah işləri cəzasından, bir nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad olunub.

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Hamısı