Artıq bir həftədən sonra yeni tədris ili başlayır. Elə vaxt azlığından valideynlər mağazalara axın etməkdədirlər. Övladları üçün lazım olan ləvazimatları alırlar. Dərs ləvazimatlarının qiymətləri isə müxtəlifdir. Daha çox tələbat dəftər qələm və çantalaradır. Digər məktəbli ləvazimatlarının alınması üçün isə minimum 20 manat pul lazımdır.
Eurasia Diary-nin xezerxeber.az-a istinadən məlumatına görə, bir məktəbli çantasını doldurmaq üçün valideynlər təxminən 60-80 manat arasında pul xərcləyirlər.