"İbtidai sinif dərsliyində Ermənistan bayrağı əks olunub" - deputatdan kəskin ETİRAZ + FOTO | Eurasia Diary - ednews.net

16 Oktyabr, Çərşənbə


"İbtidai sinif dərsliyində Ermənistan bayrağı əks olunub" - deputatdan kəskin ETİRAZ + FOTO

Cəmiyyət A- A A+

"Ulu öndər Heydər Əliyevin müdrik kəlamlarından biri də “Təhsil millətin gələcəyidir” sözləridir. Xalqını sonsuz məhəbbətlə sevən bu böyük insan təhsil sahəsinə xüsusi qayğı ilə yanaşaraq bildirib ki, “təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu cəmiyyətin xüsusi sisteminə çox diqqətli yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”.

Eurasia Diary xəbər verir ki, bunu deputat Naqif Həmzəyev bildirib. Onun sözlərinə görə, təhsilin inkişafı, düzgün qurulması hər bir cəmiyyətin taleyüklü məsələsidir.

"Başqa sahələrindən fərqli olaraq, təhsildə buraxılan nöqsanların nəticələri ayrı-ayrı fərdlərə deyil, birbaşa cəmiyyətə zərbə vurur. Gənc nəslin dünyagörüşünün formalaşdırılması, onların təlim və tərbiyəsinin düzgün təşkil edilməsinin yolu buradan keçir. Məhz bunun üçün təlim-tərbiyə ilə yanaşı dərsliklər milli məqsədlər, mənafelər əsasında qurulmalıdır. Özəl nəşriyyatlar tərəfindən çap edilən dərs vəsaitləri isə bəzən xalqımızın, millətimizin tarixinə, mənəviyyatına uyğun olmur.

Ali məktəblərə hazırlaşanlar üçün “Azərbaycan tarixi” məlumat kitabının üz qabığının üzlüyünün dizaynının, ibtidai sinif dərsliyində cədvəlin Ermənistan bayrağı fonunda tərtib olunması nə dərəcədə doğrudur?

Təbiətdə 7 rəng və bu rənglərin saysız-hesabsız çalarları olduğu halda Ermənistan bayrağını əks etdirən, bir-birinə uymayan, ardıcıl 3 rəngdən istifadə olunması narahatçılıq yaradır. Aidiyyatı qurumlar bu məsələyə laqeyd qalmamalı, ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən məqamlara münasibət bildirməlidirlər", - deyə N.Həmzəyev bildirib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...