Universitetlərin və ya kolleclərin son kursunda oxuyan tələbələr istisna olmaqla, digər tələbələr ali məktəblərə qəbul imtahanlarında iştirak edə bilməzlər.
Eurasia Diary xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən bildiriblər.
Redaksiyamıza daxil olan çoxsaylı sualları nəzərə alaraq bildiririk ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarında yalnız buraxılış kursunda təhsil alan tələbələr iştirak edə bilər.
Əgər buraxılış kursunda təhsil almırsınızsa və qəbul imtahanlarında iştirak etmək istəyirsinizsə, universitetdən (və ya kollecdən) xaric olunmağınız barədə əmrin olması mütləqdir.
Xatırladaq ki, 2019-cu ildə təşkil olunan qəbul imtahanları başa çatıb.