Baş nazir Novruz Məmmədov Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə qərar imzalayıb.
Eurasia Diary-nin məlumatına görə, Nazirlər Kabineti XDMX hərbi qulluqçularının (Xidmətin rəhbərliyinə aid olan hərbi qulluqçular istisna olmaqla) aylıq vəzifə (tarif) maaşlarının məbləğləri təsdiqləyib.
Eyni zamanda, 2 nömrəli əlavə ilə XDMX dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşlarının məbləğləri, 3 nömrəli əlavə ilə XDMX hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğləri təsdiqlənib.
Bu qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.