Gürcüstan Azərbaycanla sərhəddə ağıllı kameralar quraşdırıb.
Eurasia Diary xəbər verir ki, avtomobillərin sürətini ölçən kameralar azərbaycanlıların kompakt yaşadığı Kvemo-Kartli regionun əsas magistralında quraşdırılıb.
Tbilisidən Qırmızı Körpüyə uzanan yolda ilk iki kamera Rustavi yolunun 17-20-ci kilometrliyində, daha 2 kamera isə Gürcüstan Daxili İşlər Nazirliyinə Xidmət Agentliyindən Rustavinin Lomauri küçəsinin kəsişməsinə qədər ərazini əhatə edəcək.
Ağıllı kameraların yol qəzalarının sayını azaltmağa xidmət edəcəyi gözlənilir. Bu ilin 6 ayında ölkə yollarında qeydə alınan qəzalarda 224 nəfər ölüb, 3700 nəfər yaralanıb. (modern.az)