Ağstafada əl qumbarası aşkar olunub - FOTOLAR | Eurasia Diary - ednews.net

16 Sentyabr, Bazar ertəsi


Ağstafada əl qumbarası aşkar olunub - FOTOLAR

Cəmiyyət A- A A+

Ağstafa rayonunun Ağgöl kəndi ərazisində əl qumbarası tapılıb.

Eurasia Diary xəbər verir ki, ərazilərin Minalardan Təmizlənməsi üzrə Dövlət Agentliyindən (ANAMA) verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və DSX əməkdaşları tərəfindən birlikdə yuxarıda, adı qeyd olunmuş ərazidə göl kənarına baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının ətrafında 600 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
1

1

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...