Hərbi qulluqçularımız “Saber Junction - 19” təlimində iştirak edəcək - VİDEO | Eurasia Diary - ednews.net

13 Noyabr, Çərşənbə


Hərbi qulluqçularımız “Saber Junction - 19” təlimində iştirak edəcək - VİDEO

Cəmiyyət A- A A+

Azərbaycan Ordusunun hərbi qulluqçuları “Hohenfels” təlim mərkəzində keçiriləcək “Saber Junction - 19” çoxmillətli briqada taktiki təlimində iştirak etmək üçün Almaniya Federativ Respublikasına yola düşüblər.

Eurasia Diary xəbər veir ki, Amerika Birləşmiş Ştatları Avropa Komandanlığının (EUCOM) təşkilatçılığı ilə keçiriləcək təlimin əsas məqsədi NATO və tərəfdaş ölkələr arasında əməliyyat uyarlılığının və bölmələrin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, eləcə də hərbi qulluqçuların fərdi bacarıqlarının təkmilləşdirilməsidir.

Azərbaycan Ordusunun nümayəndələrinin də qatıldığı təlimə NATO-nun üzv və tərəfdaş ölkələrinin ordularından 2000-dək hərbi qulluqçu cəlb olunub.
Təlim sentyabrın 30-dək davam edəcək.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...