Eldar Əzizov uşaq bağçaları ilə bağlı komissiya yaratdı | Eurasia Diary - ednews.net

6 Dekabr, Cümə


Eldar Əzizov uşaq bağçaları ilə bağlı komissiya yaratdı

Cəmiyyət A- A A+

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov tərəfindən sərəncam imzalanıb, müvafiq komissiya yaradılıb.

Eurasia Diary xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən verilən məlumata görə, sərəncam qışa hazırlıqla bağlıdır:

“Paytaxtda qışa hazırlıq tədbirləri çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin qurumlarında, o cümlədən Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin tabeliyində olan uşaq bağçaları və uşaq evlərində də qışa hazırlığın, burada mövcud sanitar-gigiyenik və epidemoloji vəziyyətin öyrənilməsi məqsədilə Sərancama uyğun olaraq, Komissiya tərəfindən uşaq bağçalarına baxışlar keçiriləcək. Bağçaların binaları, dam örtüyünün, istilik sistemlərinin vəziyyəti yoxlanılacaq. Ərzaq təchizatı, saxlanma şəraiti, qidalanma məsələləri, uşaqların sağlamlıq səviyyəsi, infeksion xəstəliklərdən qorunma, profilaktika tədbirləri və digər məsələlərə xüsusi fikir veriləcək”.

Rəsmi məlumata görə, komissiyanın rəyi araşdırılacaq və müvafiq tədbirlər görüləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...