Bakıda yaşayış binasının eyvanı uçub.
Eurasia Diary xəbər verir ki, hadisə Şövkət Ələkbərova küçəsində qeydə alınıb. Binanın ikinci mərtəbəsinin uçan eyvan zirzəmidə olan obyektin damına dağılıb.
Qəza yerinə Fövqəladə Hallar Nazilriyinin əməkdaşları cəlb olunublar.
Şahidlərin sözlərinə görə, hadisədə xəsarət alan yoxdur. (trend)